Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu uşaqlara, ümumiyyətlə, Azərbaycan dili fənni tədris olunmayıb” - Narazılıq

“Orta məktəblərdə dili tədris edən müəllimlərin özləri və ya tədrisdə istifadə etdikləri proqramlar diqqətə alınmalı, bir daha nəzərdən keçirilməlidirlər, qüsurun harada olduğu təcili şəkildə müəyyənləşdirilib aradan qaldırılmalıdır. Əks təqdirdə, dilimizin orfoqrafik, leksik, qramatik normaları, ümumilikdə isə elmi, ədəbi, bədi dilimizin varlığı sual altına düşəcək”.

PİA.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. O bildirib ki, Dövlət İmtahan Mərkəzində bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının nəticələrini-esse yazılarını-yoxlayan heyətin üzvləri olaraq belə qərara gəliblər:

“Sadəcə dəhşətdir. Gəncləri qınamaq olmaz, onların təfəkkürləri də var, istedadları da, çalışqanlıqları da... “Görəsən, Səməd Vurğun, “Yurdum, yuvam, məskənimsən, Azərbaycan”,-deyəndə Bütöv Azərbaycanı, yoxsa Azərbaycan Respublikasının ərazisini nəzərdə tutub?! Azərbaycan bütöv, tam olsaydı, yenə də cəfası səfasından çox olardımı?! Nə üçün Azərbaycanın bütün real qəhrəmanlarının taleyi faciə ilə nəticələnib?!”-cümlələrini yazan, esseni bu ruhda quran abituriyent, 11 sinif məzunu məntiqsiz, düşüncəsiz, mütaliəsiz və savadsız deyil, əksinə, görünür ki, həm tarixi bilgiləri, mütaliəsi, həm də milli ruhu yerindədir, normasındadır. Amma bu təfəkkürün, düşüncənin yazıda ifadəsi o qədər bərbad, dil normalarına uyğunsuzdur ki, oxuyub nə demək istədiyini anlamaq imkansız olur. 11 il dil tədrisi görmüş məzun niyə “da / də" şəkilçisini bağlayıcıdan, ədatdan fərqləndirə bilmir və şəkil, bağlayıcı, ədat anlayışından xəbərsizdir? İnversiya barədə anlayışları yoxdur. Cümlələrin başlanğıcı ilə sonucu arasında məntiq itir. Sözlər flektiv dillərin normasına salınır, yəni öndən, ortadan və sondan dəyişdirilir... Bütün bunlar ali məktəbin jurnalistika fakültəsinə imtahan verən abituriyentlər üçün ümumi xarakterik hallardır və deməli, ümumilikdə orta məktəb məzunları üçün xarakterikdir. Adama elə gəlir ki, bu uşaqlara, ümumiyyətlə, Azərbaycan dili fənni tədris olunmayıb, dil normaları barədə bilgi verilməyib”.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar