Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ strateji bombardmançıları və kəşfiyyatçıları Rusiya sərhədlərinə yaxınlaşıb

Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, general-polkovnik Sergey Surovkin ABŞ strateji nüvə bombardmançılarının və kəşfiyyat təyyarələrinin bu günlərdə Qara dəniz üzərində, Krım sahillərində həyata keçirdiyi uçuşlar barədə xarici hərbi attaşelərə brifinq verib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, general Surovkin həmin manevrlər zamanı azı bir Amerika kəşfiyyat təyyarəsinin Rusiya sərhədlərinə 15 kilometrə qədər yaxınlaşdığını bildirib. 

(Qeyd: ABŞ Krımı Rusiya ərazisi kimi tanımır və nəticədə onun həmin istiqamətdə özü üçün müəyyən etdiyi sərhədlər də beynəlxalq səviyyədə tanınmış sərhədlər deyil).

Rusiyanın Krım sahillərində “müəyyən olunmuş sərhəd zolağı” 21 kilometr təşkil etdiyi üçün belə qənaət yaranır ki, ABŞ təyyarəsi ümumiyyətlə rusların hava məkanına 6 kilometrə qədər daxil olub.

General brifinqdə çıxışı zamanı bildirib ki, ABŞ-ın 5 kəşfiyyat təyyarəsi və 1 strateji bombardmançısı Rusiya sərhədlərinə 15 kilometrə qədər yaxınlaşıb. Onlar Rusiya ərazisinin 600 kilometrə qədər dərinliklərində kəşfiyyat aparıblar. Həmin üç 3 strateji nüvə bombardmançısı Rusiya sərhədlərinin 30 kilometrliyindən uçub. Bu, Qara dəniz üzərində amerikalıların misli görünməmiş kəşfiyyat əməliyyatıdır. Habelə B-52H Amerika strateji bombardmançılarının Polşa Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları, Ukraynanın Su-27 və MiQ-29 qırıcıları ilə qarşılıqlı fəaliyyəti sınaqdan keçirilib.

Xatırladaq ki, həmin günlərdə ABŞ strateji bombardmançısı tarixdə ilk dəfə Ukrayna səmasına daxil olub və bu ölkənin Su-27 qırıcılarının müşaiyəti ilə Krım hüdudlarına qədər uçub.

İnternetdə yayılmış görüntülərə əsasən həmin uçuş zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin Su-27 qırıcısı ABŞ bombardmançısından cəmi bir neçə metr yuxarıda, onun düz üzərində uçub. Bu, pilotun radardan yayınmaq üçün həyata keçirdiyi manevr hesab olunur. Çünki radarlar belə uçuş zamanı qırıcını və bombardmançını eyni hava hədəfi kimi qeydə alıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar