Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Abdullayevə iki fərqli reaksiya: Biri Ermənistandan, digəri AMİP-dən

Yazıçı Çingiz Abdullayevin (öz dilində yazmaq qabiliyyəti olmayan birinə “xalq yazıçısı demək günahdır) Azərbaycan ziyalılarını aşağılayan facebook status ermənilər tərəfindən xeyli minnətdarlıqla qarşılanıb. Öz milli ziyalılarına “yerli cahillər” deyən yazıçının sözləri bir çox düşmən mediasını bəzəyib. You-tube kanalında belə, bir çox erməni istifadəçilər Çingiz Abdullayevin sərsəm düşüncələrini paylaşıb Azərbaycan xalqını aşağılamağa çalışıblar. Belə videolardan biri:

Çingiz Abdullayevə Azərbaycandan da cavab verənlər tapılıb. Onlardan biri də AMİP-dir.

Rusiyanın televiziya kanallarında Azərbaycanlıların nə zaman çıxış edəcəyini gözləməkdənsə şəxsi təşəbbüs göstərib həmin efir məkanlarından istifadə etmək lazımdır”.

Ovqat.com xəbər verir ki, bu sözləri AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov xalq yazıçısı Çingiz Abdullayevin ölkədəki rus məktəblərinin bağlanmasına çağıran şəxsləri tənqid etməsinə münasibət bildirərkən deyib.



“Ç.Abdullayev və onun kimi düşünən digər ziyalılar da anlamalıdılar ki, rus kanallarında ermənilərə geninə-boluna yer verilməsinin onların rus dilini necə bilməsi və ya rus məktəblərinin sayı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, Ç.Abdullayevin dönə-dönə təriflədiyi, rus dilində danışan ağıllı, intellektual və savadlı adlandırdığı ermənilərin təmsil etdiyi dövlət uzun illərdir ki, rus dilində təhsili qadağan edib, bu ildən etibarən isə ölkə ərazisində rus telekanallarının yayımına qadağa qoyub. Ermənilərin Rusiya efir məkanlarında tez-tez görünməsi daha çox həmin adamların şəxsi təşəbbüskarlığı ilə bağlı məsələlərdir.

Misal üçün, Rusiyada kifayət qədər tanınan Karen Şaxnazarovu göstərmək olar. Rusiyanın müxtəlif televiziya kanallarında mütəmadi olaraq çıxış edən bu şəxs ictimai rəyin Azərbaycan əleyhinə formalaşmasında mühüm rol oynayır. Çingiz Abdullayev isə Rusiyada Karen Şaxnazarovdan daha artıq tanınan simadır. Amma bu günə qədər təşəbbüs göstərərək həmin kanallarda Azərbaycanın haqlı mövqeyinin çatdırılması üçün çıxış etdiyinin şahidi olmamışıq.

Ç.Abdullayev həmin kanallarda çıxış edən Azərbaycanlıları rus dilini yaxşı bilməməkdə ittiham edir. Yaxşı elə isə əsərlərini rus dilində yazan və yalnız ondan sonra Azərbaycan dilinə və digər əcnəbi dillərə tərcümə etdirən Ç.Abdullayev rus dilini kifayət qədər yaxşı bildiyi halda niyə ziyalı nümunəsi göstərmir? Niyə təşəbbüs göstərib həmin efir məkanlarının imkanlarından istifadə etmir?

“Arzu etmək zərərli deyil” deyərək rus dilində təhsilin digər xarici dillər kimi tədris edilməsini və dövlət büdcəsi hesabına maliyələşməməsini tələb edən millətçi insanımızı aşağılama cəhd göstərən Ç.Abdullayev və onun kimi düşünən digərləri də bilməlidirlər ki, arzularla yaşayıb nə zamansa Rusiya televiziyalarının Azərbaycan maraqlarının təbliğ etməyini gözləməkdənsə ziyalı mövqeyi ortaya qoyub şəxsi təşəbbüs göstərmək lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar