Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tofiq Yaqubluya 4 il, şagirdi zorlayan müəllimə 1 il iş verilirsə...”

Xəbər verdiyimiz kimi Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərarından apellyasiya şikayəti təmin olunub. Belə ki, məsələyə qadın təşkilatlarının, millət vəkili Adil Əliyevin və medianın qoşulması hadisəni yenidən gündəmə gətirib.

PİA.az bildirir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu Moderator.az-a açıqlamasında məhkəmənin qərarından nəinki təşkilatların, ümumilikdə cəmiyyətin narazı olduğunu bildirib: “Biz bu məsələnin ictimailəşdirilməsi üçün hərəkətə keçmişik. Əlbəttə, müəllimin bu hadisəyə görə bir il müddətinə azadlıqdan məhrum edilməsi düzgün qərar deyil. Biz elə bilirdik ki, zərərçəkmişin ailəsi ilə bütün bunlar razılaşdırılıb. Hətta ailəsi istəsə belə dövlətin qanunu var. Bundan sonra cəmiyyətdə belə hadisələr baş verərsə, biz nə cavab verəcəyik? Ona görə də hörmətli millət vəkilimiz Adil Əliyevə təşəkkür edirik ki, o, da bizi dəstəkləyir. Bütün qadın təşkilatları bu məsələni qaldırıb və inanırıq ki, bu dəfə haqq öz yerini tapacaq. Lerik məhkəməsi qanuna tabe olmalıdır. Hələ məhkəmənin sədrinin bu haqsız qərara görə istefasını tələb edə bilərik. Burda medianın rolu çox böyükdür, media olmasa, biz kimik ki. Sizlər bu məsələni ictimailəşdirirsiniz, hamınıza təşəkkür edirəm”.

Hüquqşunas Ələsgər Məmmədli isə saytımıza açıqlamasında qərarın cəmiyyəti qane etməsinin vacibliyini vurğuladı:

“Əgər müəllim-şagird münasibətdindən söhbət gedirsə, burda asılılıq məsələsi var. Asılılıq da cəzanı artıracaq məqamlardandır. Ayrıca yetkinlik yaşına çatmayan biriylə cinsi əlaqədə olmaq və sair məsələlər gərək istintaqda ciddi şəkildə araşdırılsın və bu çərçivədə işə baxılsın. Ona görə düşünürəm ki, cəza adekvat deyildi və bu baxımdan işin bütün predmentləri araşdırılmalıdır. Əgər doğrudanda faktlar doğrudursa, o zaman cəza adekvat və cəmiyyəti bu tip məqamlardan çəkindirici olmalıdır. Hətta bu mövcud qanunvericiliyə təxminedici deyilsə, o zaman cinayət məcəlləsinə əlavələr edilməlidir. Elə hallar var ki, bunlar yayqınlaşmağa başlasa, daha böyük fəlakətlərə gətirib çıxara bilər. Məsələn, bir atvyorkayla sürücüyə hücum etdi deyib Tofiq Yaqubluya dörd il, amma şagirdi zorlayan müəllimə bir il iş verilirsə, əlbəttə, bu, cəmiyyəti yaralayar. Ona görə də cəmiyyətdə verilən istənilən cəza adekvat olmalıdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar