Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Nəsirov Siyavuş Novruzovdan danışdı: “Özünəməxsus əşyaları götürüb”

"Əgər kabinetdən çıxırsansa, bu halda özünəməxsus əşyaları götürüb, ora qayıtmırsan”.

Bunu deputat Elman Nəsirov Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin sabiq müavini Siyavuş Novruzovun qərargahı tərk etməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, burada qəribə və təəccüblü heç nə yoxdur: "Bilirsiniz ki, Siyavuş müəllim özü könüllü şəkildə tutduğu vəzifədən, YAP-ın icra katibinin müavini vəzifəsindən istefa verib. Yəni, bu addımı özü atdı. Yeri gəlmişkən, müxalifət siyasiləri də bundan bir örnək götürsün. YAP təmsilçisi kimi könüllü şəkildə istefa mədəniyyətini ortaya qoysunlar. Müxalifətin sıralarında elə şəxslər var ki, onlar istefaya çoxdan getməlidir”.

Elman Nəsirovun fikrincə, bu, partiyanın nizamnaməsi ilə tənzimlənən bir məsələdir: "Siyavuş Novruzov partiyanın icra katibinin müavini vəzifəsindən gedib. İcra katibinin müavini olaraq onun partiyada otağı vardı. Siyavuş müəllim daha o otağa gəlmir. Orada şəxsi əşyaları var. Onları özü ilə götürüb. Nizamnamə ilə tənzimlənən məsələdir. Bütün vəzifələrdə belədir. Əgər kabinetdən çıxırsansa, bu halda özünəməxsus əşyaları götürüb, daha ora qayıtmırsan”.

Deputat qeyd edib ki, Siyavuş Novruzov YAP-ın Siyasi Şurasının İdarə Heyətinin üzvüdür.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib. Bundan başqa onun partiyanın qərargahına gəlməməsi və kabinetini boşaltması bildirilib.(Qaynarinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar