Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan vacib mesajlar verəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 sentyabr hərbi qiyamının ildönümündə vacib mesajlar verəcək. Türk mediasının məlumatın görə, Türkiyə lideri ölkəsində hərbi qiyamlara qarşı atılan addımlardan danışacaq.

Bildirilir ki, bu gün üzərindən 40 il keçən 12 sentyabr günahkarları AKP tərəfindən referendumla qəbul edilmiş konstitusiya dəyişikliyi sayəsində mühakimə olunub. Eyni zamanda, 27 Mayın acı xatirəsi olan Yassıada Demokratiya və Azadlıq adasına çevrilib, burada keçirilən məhkəmə prosesləri etibarsız sayılıb.

Xatırladaq ki, ölkədə demokratiyaya ciddi zərbə vuran hərbi çevriliş 1980-ci il sentyabrın 12-də səhər Türkiyənin TRT radiosunda səsləndirilən İstiqlal və Hərbi marşların ardından Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Kənan Evren tərəfindən imzalanan “Bir nömrəli bəyannamə”nin oxunmasının ardından başlayıb. 

“Bayraq hərəkatı” olaraq bilinən hərbi çevriliş zamanı 1970-ci ildən sonra dəyişdirilən 1961-ci il Konstitusiyasının tətbiqi dayandırılıb və Türkiyə Böyük Millət Məclisi ləğv edilərək antidemokratik fəaliyyətlər davam etdirilib. Qeyri-hökumət təşkilatlarını hədəf alan inqilabçılar Türk Hava Qurumu, Uşaq Müdafiə Agentliyi və Qızıl Aypara Cəmiyyəti istisna olmaqla bütün dərnəklərin və siyasi partiyaların fəaliyyətini dayandırıblar. Türkiyənin Baş Naziri Süleyman Dəmirəl başda olmaqla bir çox dövlət nümayəndələri Uzunadaya sürgün edilib. Türkiyənin hər baxımdan geriləməsinə səbəb olan bu çevrilişin səbəbkarları, eyni zamanda, uzun illər keçməsinə baxmayaraq, yaddaşlardan silinməyən ölüm hökmlərinin də memarı olublar.

Bu çevriliş nəticəsində Türkiyə siyasəti yenidən qurulub, ölkə böyük itkilər verir. Doqquz il davam edən yeni hərbi dövrdə ölkə iqtisadiyyatına təxminən 50,4 milyard dollar məbləğində zərər dəyib.

pia.az


Etiket: Ərdoğan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar