Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi İsrail olan Yaxın Şərq planı və davam edən ABŞ-İsrail zülmü...

Mərkəzi İsrail olan bir Yaxın Şərq yaratmaq planlaşdırılır. Bunun üçün bir yandan İslam ölkələri parçalanaraq nəzarət edilə bilən kiçik dövlətlərə çevrilməli, digər yandan da İsrail əhali və ərazi baxımından böyüməlidir...

Özcan Yeniçəri
“Yeniçağ” qəzeti, Türkiyə, 11 sentyabr 2020-ci il

Yaxın Şərqdə heç bir xaos, şiddət və qeyri-sabitlik öz-özünə baş vermir. Son illərdə bölgədə meydana gələn prosesləri İsrailin 1982-ci ildə yayımlanan “Oded Yinon” layihəsinin mərhələləri kimi görmək olar. Bu plan İsrailin strateji hədəflərini və ideallarını təmsil edir. ABŞ-dakı neoconların “Yeni Yaxın Şərq” layihəsi də, Netanyahu üçün Riçard Perlin yazdığı sənəd də “Yinon Planı”na əsaslanır.

Bu plan ərəblər arasındakı toqquşmaların təhrik edilməsi Livanda etnik və ya dini məna daşıdığı kimi, İraqla Suriyanı bir neçə kiçik hissəyə bölməyə əsaslanırdı. Bəsrə, Bağdad, Mosul və cənubdakı şiə bölgələri, şimalda isə sünni və kürd bölgələri olmaqla bir neçə yerə bölünəcək. Digər tərəfdən, Suriya bir neçə əyalətə - şiə-ələvi dövlətinə, Hələb bölgəsindəki sünni dövlətinə, Həvran və şimali İordaniyadakı Dürzi dövlətinə bölünəcək.

“Oded Yinon Planı”nın yeni versiyası olaraq ABŞ Dövlət Katibi Rays “Böyük Yaxın Şərq Layihəsi”ni gündəmə gətirib. Bu layihə ilə İraq, Fars Körfəzi, İran və Əfqanıstan da daxil olmaqla Livan, Fələstin və Suriyada qeyri-sabitlik, xaos və şiddət bölgəsi yaratmağı lazım bilib.

ABŞ-la İsrailin bu planını həyata keçirmək üçün İslam ölkələrinin xaos və böhran içində olması bir ehtiyac yox, zərurət idi. Bunun üçün də İslam ölkələrini bir-birinə qarşı qoyaraq onları bölmək, parçalamaq, ayırmaq və sabitliyini pozmaq olduqca vacib idi.

Hər şey mərkəzi İsrail olan bir Yaxın Şərq yaratmaq üçündür. Bunun üçün bir yandan İslam ölkələri parçalanaraq nəzarət edilə bilən kiçik dövlətlərə çevrilməli, digər yandan da İsrail əhali və ərazisi baxımından böyüməlidir.

“Konstruktiv xaos”

Layihənin məqsədi Yaxın Şərqin yenidən dizayn edilməsi və bununla da, “konstruktiv xaos” qüvvələrinin üzə çıxarılmasıdır. Bölgədə şiddət və müharibə şəraiti yaradacaq bu “konstruktiv xaos” sayəsində ABŞ, İngiltərə və İsrailin ehtiyac və hədəflərinə uyğun olaraq Yaxın Şərqin xəritəsi yenidən tərtib ediləcək.

ABŞ Dövlət Katiblərindən biri Kondolissa Rays, İsrailin Livanı bombaladığı dövrdə bu hadisə ilə bağlı belə deyib: “Burada gördüklərimiz bir mənada “Yeni Yaxın Şərq”in doğulmasıdır”.

Çox güman ki, “Yeni Yaxın Şərq”in doğulması “konstruktiv xaos” strategiyası çərçivəsində “Ərəb Baharı” ilə başladılıb. “Ərəb Baharı” dövründə ABŞ strateqləri bu çaxnaçmaları: “Əgər ABŞ bu hadisələrin arxasında deyilsə, deməli qabağındadır”, deyə dəyərləndirmişdilər.

“Ərəb Baharı” ilə ərəb ölkələrində başlayan vətəndaş müharibəsi ABŞ-ın İsrail mərkəzli Yaxın Şərq qurmaq layihəsi ilə uzlaşırdı. Bu müddətdə idarə olunmayan ərəb ölkələri vətəndaş müharibəsi ilə xaosa sürüklənərkən “normallaşma” adı altında bəzi ərəb ölkələri İsrailin tərəfini tutmaq məcburiyyətində qaldılar.

Fələstinə qarşı ən iddialı münasibəti göstərən ərəb ölkələrinin liderlərindən olan Qəddafi vəhşicəsinə öldürülmüşdü. Səddam Hüseyn bir bayram günündə alçaldılaraq edam edilmişdi. İdi Amin hakimiyyətdən uzaqlaşdırılmışdı. Bu şəkildə mərkəzi İsrail olan Yaxın Şərqə qarşı çıxanların sonu açıq-aydın göstərilmişdi.

Beləliklə, İsrailin maraqlarını müdafiə edən Dahlan, Zayed və Salman kimi iş birlikçiləri zəhmli ərəb liderlərini əvəz etdilər. Bu çərçivədə tarixdə ilk dəfə bir dövlət başçısı (Həriri) Səudiyyə Ərəbistanında girov götürüldü. Artıq “Oded Yinon” layihəsinin davamı olaraq Fələstin məsələsinin İsrailin istədiyi kimi həll edilməsi üçün ABŞ-ın planlaşdırdığı “əsrin müqaviləsi”ni tam başa düşmək olur.

Bunun ardınca BƏƏ ilə İsrail arasında normallaşma yolunda bir addım atılıb. Bir çox ərəb ölkəsi ABŞ-ın təzyiqi altında İsrail ilə normallaşma müqaviləsi imzalamaq üçün imkanlar axtarmağa başlayıb. ABŞ Prezidenti diplomatik qaydaları pozaraq Kosovanın İsrail ilə münasibətlərini normallaşdıracağı və Serbiya səfirliyini Qüdsə köçürəcəyi barədə açıqlamanı Kosovo ilə Serbiya arasında imzalanan normallaşma müqaviləsində qeyd edib.

Xülasə, mərkəzi İsrail olan Yaxın Şərq yaratmaq prosesi bundan sonra ABŞ-İsrail zülmü ilə davam edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar