Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyevin 1.3 milyonluq bünövrəsi – Müqavilə bağladı

Dövlət Gömrük Komitəsi “Progress” Sənaye-İstehsalat Şirkəti ilə maliyyə dəyəri 1 331 832.61 AZN olan müqavilə imzalayıb.

PİA.az xəbər verir ki, müqaviləyə əsasən şirkət bu məbləğə DGK-nın yeni inzibati binasının tikintisi ilə əlaqədar bünövrə işlərini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Progres” Sənaye-İstehsalat Şirkəti 26 dekabr 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20, mənzil 5B-də yerləşir. “Progress”in qanuni təmsilçisi Atakişiyev Azər Mətləb oğludur.

Açıq mənbələrdə Azər Atakişiyev barəsində hər hansı məlumat yoxdur. Elə “Progress” də 26 ildir fəaliyyət göstərməsinə baxmayaraq o qədər də tanınan şirkət deyil. Hər halda şirkət haqqında axtarışlarımız nəticə vermədi. Buna baxmayaraq, “Progress” ayrı-ayrı yerli və mərkəzi icra hakimiyyətlərinin keçirdiyi milyonluq tenderlərin qalibi olub. Məsələn, şirkət Kürdəmir, Ucar, Ağcabədi, Abşeron rayonları ərazisində məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisi işləri üzrə 1 may 2019-cu ildən 13 mart 2020-ci ilə qədər ümumi dəyəri 18 milyon manat civarında 6 tender udub.

Dövlət qurumlarının 20 manatlıq şirkətə iri məbləğli layihələri hansı səbəbdən etibar etdiyi bəlli deyil.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar