Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus diplomatoyasının Dəməşq çıxarması? - Moskva ABŞ və Türkiyəni Suriyadan çıxarmaq yollarını axtarır

ABŞ seçkilərində əgər Demokratlar qalib gəlsə, Suriya məsələsinə sərt bir şəkildə girişə bilərlər. Rusların qorxduğu şey də məhz budur...

Fehim Taştekin
“Gazete Duvarı”, Türkiyə, 10 sentyabr 2020-ci il

Rusiyanın Suriyadakı strategiyası yeni bir mərhələyə qədəm qoyur. Ruslar hərbi qazanclarını iqtisadiyyatla birləşdirmək və siyasi həll yolunu təmin etmək istəyirlər.

ABŞ-ın “Sezar Qanunu” ilə Əsəd rejimini çökdürmək addımını Rusiyanın necə qarşılayacağı maraqla gözlənilir. Rus diplomatiyası ağır silahlarla 6-7 sentyabr tarixlərində Dəməşqə daxil olub. Əvvəlcə Baş nazirin müavini Yuri Borisov, sonra isə Xarici İşlər naziri Sergey Lavrov Dəməşqə gələrək prezident Bəşər Əsəd, Xarici İşlər naziri Vəlid əl-Müəllim və digər rəsmilərlə danışıqlar aparıb. Danışıqlar zamanı elektrik stansiyaları, neft və təbii qaz təsisatları da daxil olmaqla, 40 kritik obyektin yenilənməsini əhatə edən iqtisadi əməkdaşlıq paketi müzakirə edilib. Razılaşmaların ilin sonuna qədər tamamlanması hədəflənir. Bu paket dəniz sərhədlərində karbohidrogen axtarışını da əhatə edir. Başqa sözlə, Rusiya Suriya vasitəsilə Şərqi Aralıq dənizindəki enerji oyununa daxil olmaq istəyir.

Hərbi müdaxiləyə iqtisadi ölçü gətirən bir proses artıq 3 ildir davam edirdi. Üstəlik, Kremlə yaxın olan oliqarxlar da Suriyadan pay istəyirlər. Amerikalıların hədəfində olan, Putinə yaxın milyarder Gennadi Timçenkoya məxsus olan “StroyTransGas” şirkəti Palmiradakı fosfat mədənlərinin istismarı üçün 49 illik, Tartus limanının istismarını isə 50 illik müqavilə bağlayıb. Həmin şirkət 2017-ci ildə Homsa 50 km məsafədəki qaz təsisatı (GPZ-1) ilə Rəqqanın 75 km cənub-şərqindəki qaz təsisatının (GPZ-2) tikintisini öz üzərinə götürmüşdü. 2017-ci ildə Tartus və Banyas sahillərində aparılan neft və təbii qaz axtarış işləri də “StroyTransGas”a verilib.

Bənzər bir müqavilə “SoyuzNaftaGas” ilə də 7 il əvvəl imzalanmışdı. “Zarubezhneft”, “Zarubezh Geology” və “STG” də neft axtarışları, yataqların yenilənməsi və neftayırma zavodlarının saxlanmasına dair müqavilələr imzalamışdı. 2019-cu ilin dekabrında Suriya parlamenti ölkənin şimal-şərqindəki neft sahələrində və Dəməşqin şimalındakı təbii qaz hövzəsində kəşfiyyat və hasilat üçün “Mercury” və “Vilada” ilə 3 ayrı müqaviləni təsdiqləmişdi. “Mercury” “Vaqner”in qurucusu Yevgeni Priqojinə məxsusdur.

İyul ayında Dəməşqə təqdim edilən 40 maddəlik layihə paketi isə yeni bir mərhələdir. Suriyada iqtisadi vəziyyətin pisləşməsi sistemi daha da aşağı çəkir. Rusiya bu vəziyyətdə hərbi nəticələrin siyasi qələbəyə çevrilməyəcəyini bildiyi üçün müdaxiləni daha da genişləndirir. Əlbəttə ki, bu, 5 il ərzində müharibəyə qoyulmuş investisiyanın da qarşılığı hesab olunur. Ancaq məsələ yenə də müharibəni qazanmaqla əlaqədardır.

Buna görə də, bəzi vacib qərarlar verilib. Rusiya lideri Vladimir Putin Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Efimovu keçən may ayında xüsusi nümayəndə təyin edib. Artıq 2 nümayəndə vardı: biri Suriyadan məsul olan Aleksandr Lavrentiyev, digəri isə Xarici İşlər nazirinin Yaxın Şərq üzrə müavini Mixail Boqdanov. Ancaq onların işləri daha çox hərbi işlər, müxalifətlə münasibətlər, Astana, Cenevrə və Soçi prosesləri ilə bağlıdır. Əvvəllər Əbu-Dabi səfiri olan Efimovun 2018-ci ildə Dəməşqə göndərilməsi və sonradan xüsusi nümayəndə təyin edilməsi Rusiyanın Suriyada yenidənqurma prosesinə yönəlmək istəyi ilə əlaqədardır.

Qeyd edək ki, bir problem də yaranıb. Moskvanın sistem daxilində Əsədə qarşı bir alternativ axtardığı barədə rus fərziyyələrinə paralel olaraq, Suriya rəhbərliyi də Rami Mahluf kimi imtiyazlı oliqarxlara toxunacaq şəkildə “korrupsiya ilə mübarizə” və ”maliyyə nəzarəti” kampaniyası ilə öz vəziyyətini bir qədər düzəldib. Ardınca da iyul ayında keçirilən ümumi seçkilər və avqust ayında qurulan yeni hökumətlə birlikdə Dəməşq Moskvaya ortaq ola biləcəyini göstərib. Beləliklə, Putin Əsədi təqaüdə göndərmək istəyənləri bir daha yanıldıb. Ancaq bu yeni həmlələr də bir şəxsə deyil, Rusiyaya müttəfiq olan bir dövlətin davamlılığına yönəldilib.

Rusiya diqqətini iqtisadiyyata verərkən, həm də paralel atışlara ehtiyac duyur:

- Rusiya Fəratın şərqində kürdlərin ABŞ-dan uzaqlaşdırmağa imkan verən muxtar idarəetmə formulunu ortaya qoyduğu üçün Dəməşqlə fikir ayrılığı içindədir. Buradakı problem olduqca ciddidir. Dəməşq muxtariyyəti bir bölünmə layihəsi kimi başa düşür.

Müttəfiqlər arasındakı fikir ayrılığı Dəməşqdə Lavrovun iştirakı ilə keçirilən mətbuat konfransında da əks olunub. Suriya tərəfi Moskvadakı Suriya Demokratik Şurası ilə Moskva Platforması / Xalqların İradəsi Partiyası arasında imzalanan razılaşmanın onlara təqdim olunmasını tələb edib. Müəllim: “Konstitusiyaya zidd olan hər hansı bir razılaşmanı dəstəkləmirik”, deyə bildirib. Lavrov isə Rusiyanın razılaşma ilə heç bir əlaqəsinin olmadığını, ancaq imzalayan tərəflərin Suriyanın suverenliyini və ərazi bütövlüyünü təsdiqlədiyini və bunun Moskvanın mövqeyi olduğunu bildirib.

Amerikalılar Suriyaya ayaq basana qədər kürdlərin muxtariyyətini tanımaq Dəməşqin Ankaraya verəcəyi bir cavab kimi mümkün ssenarilər sırasında idi. İndi isə ruslar həm Ankaraya, həm də Dəməşqə qarşı “kürdlərə heç bir şey vermədən nə amerikalılar gedəcək, nə də Suriyanın bütövlüyü əldə ediləcək”, mövqeyini ortaya qoyurlar. Bununla birlikdə, Türkiyənin vetosuna görə istər amerikalılar, istərsə də ruslar Cenevrə prosesinə kürdləri dəvət edə bilməzlər. Dəməşqin inadına əlavə olaraq, Ankaranın vetosu götürülmədiyi müddətcə Cenevrədə Fəratın şərqini əhatə edən bir həll yolu tapılmayacaq. Buna görə də, Rusiya alternativ çıxış yolu tapmalıdır.

- Həmçinin, Rusiyanın İdlib problemini həll etmədən Suriyanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı öhdəliyi də yerdə qala bilər. Türkiyə himayəsində İdlibin “Cihadistan” statusu davam edir. Rusiyanın “al-ver” strategiyasının nəticəsində artan türk hərbi varlığı da Dəməşqdə sorğu-sual olunur.

İdlibdəki əməliyyatların təxirə salınması ciddi bir problemdir. M-5 yolu yenidən nəzarət altına alındıqdan sonra növbə M-4 yoluna gəldikdə əməliyyat 6 mart tarixində Rusiya-Türkiyə razılaşması ilə dayandırılıb. M-4 yolunu açmaq üçün ortaq rus-türk patrulu aylardır çalışmaqdadır.

Türkiyədəki terrorçu qruplaşmaları ortadan qaldırmaq üçün verdiyi öhdəlik isə yalandır. M-4-ün hər iki tərəfindəki 6 kilometrlik təhlükəsiz zona hədəfi də elə kağız üzərində qalıb. Buna görə də təbii olaraq suriyalılar da “görəsən, Rusiya iqtisadi-strateji maraqları üçün Türkiyə ilə fərqli bir bazarlığa girişirmi?”, deyə maraqlanırlar.

Mətbuat konfransında “Ankara Suriyadakı varlığını sona çatdırmaq üçün hansı məbləği tələb edir?,” deyə sual verilib. Lavrov Türkiyə ilə olan müqavilələrin Suriya rəhbərliyinin dəstəyi ilə təmin edildiyini və iqtisadi faktorları əhatə etmədiyini qeyd edib: “Suriya hökumətinin İdlib gərginliyini azaltma bölgəsində nəzarət etdiyi torpaqlar Rusiya-Türkiyə barışığı imzalanan andan etibarən ciddi şəkildə artım göstərib”.

2017-ci ilin may ayında Astanada 4 gərginliyi azaltma zonasının yaradılması barədə razılaşmanı və sonrakı bütün Soçi və Moskva razılaşmalarını nəzərə alaraq bu ortaqlıq aşağıdakı nəticəni verdi: müxalifətin Şərqi Hələb, Şərqi Quta, Dəra, Quneytra, Homs və Həmadakı mövqeləri çöküb. Ya silahlarını yerə qoydular, ya da İdlibə köçdülər.

6 Mart tarixində Moskvada bağlanmış son müqavilə isə M-5 yolunun yeni statusunu Türkiyə tərəfindən qəbul edilməsini təmin edib. Əldə olunmuş razılıqlar hələlik Ankaraya təzyiq göstərilməsinə kömək edir. Ancaq Türkiyə atəşkəsdən istifadə edərək İdlibdəki hərbi yerləşimlərinin sayını 68-ə çatdırıb. Bu tendensiya ilhaq senarisini xatırladır.

Rusiya Cenevrədə bir konstitusiya hazırlanana qədər Ankara ilə olan gərgin ortaqlığının davam etməsini dəstəkləyir. Çünki bu zaman Putin Ərdoğana “artıq geri çəkilmə sırası səndədir”, deyə biləcək.

- Rusiyanın çətinliklə yaratdığı vəziyyəti başa çatdırması üçün Cenevrə planı davam etməlidir. Üçüncü iclasdan sonra BMT-nin Xüsusi Nümayəndəsi Moskvaya gedib və Dəməşq heyətinin yavaşladan mövqeyini çatdırıb. Ümumi təəssürat budur ki, Rusiya prosesin uzanmasından narahatdır.

Dəməşq taktikasının əsas məqsədi isə konstitusiyanın hazırlanma müddətini mümkün qədər təxirə salmaq, yeni konstitusiyanı gözləmədən 2021-ci ildə keçiriləcək prezident seçkilərinə getmək və əgər yeni konstitusiya xalq səsverməsindən keçsə, onun tətbiqini 2024-cü il seçkilərinə saxlamaqdır.

Müxalifət heyəti əvvəlcə konstitusiyanın qəbulunu, sonra isə seçkilərin keçirilməsini istəyir. Moskva üçün Cenevrənin bir həll platforması olması çox vacibdir. Bu səbəbdən, Dəməşqin bu prosesi ciddi qəbul etməsini gözləyir. Elə bu da Lavrovla görüşdə gündəmə gəldi. Müəllim seçkilərin vaxtında keçiriləcəyini söyləyərkən Lavrov: “Konstitusiya komitəsi bir müddətlə bağlı deyil. Yeni bir konstitusiya hazırlanmadıqca ölkə mövcud konstitusiyanı tətbiq edəcək”, deyib.

- İsrail-ABŞ-Avropa-Körfəz dördbucağı İranın Suriyadakı varlığı üçün maneə törədir və buna görə, Moskvanın çevik həll yollarına olan ehtiyacı daha da artır. Rusların İsrailin hücumlarına göz yumması, İran ünsürlərinin cənubdan geri çəkilməsini təmin etməsi və milis strukturlarına nəzarət etməyə çalışması RusiyaSuriyada önəmli bir qüvvəyə çevirsə də, İranla olan gözləntiləri doğrultmur. “Rusiya İranı geri çəkməyə çalışırmı?”, sualına Lavrov: “İranın varlığını Suriya rəhbərliyi xaricində nə Rusiya, nə də başqa bir tərəf müəyyən edə bilər”, cavabını verib.

Dəməşqin iki müttəfiqi bir-biriylə balanslaşdırma taktikası da Moskvanın işini çətinləşdirir. Suriyada bir İran-Rusiya mübarizəsi qaçınılmaz ola bilər.

Qısaca, “Sezar Qanunu”unun bir çöküşə səbəb olması Rusların hərbi qazanclarını riskə atır. Müharibənin ən ağır dövründə belə, sistemi bu qədər çətinə salan buğda, elektrik və neft kimi təməl ehtiyaclar artıq qıtlıqla birlikdə yada düşür.

ABŞ-ı Deyr əz-Zor və Hasekedəki neft sahələrinə getməsi, Fəratın şərqindən buğda tədarükü ilə bağlı təhlükəsizliyin aradan qaldırılması və bu ölkələrə tətbiq olunan ağır sanksiyalar Rusiya strategiyasını daha da çətinə salır. Moskva mövcud vəziyyəti qoruyarkən Fəratın şərqdəki kürdlərlə ortaq bir yol tapıb amerikalıları göndərmək, Türkiyəni İdlibdə bir həll yolu tapmağa məcbur etmək, Cenevrədəki konstitusiyanın hazırlanması prosesini təkmilləşdirib yenidənqurma və normallaşma prosesinə mane olan beynəlxalq təcridin qarşısını almaq üçün sistemin iqtisadi təsirini artırmalıdır. Əks halda, ABŞ-ın çöküş strategiyası gecikə bilər. ABŞ seçkilərində əgər Demokratlar qalib gəlsə, Suriya məsələsinə sərt bir şəkildə girişə bilərlər. Rusların qorxduğu şey də məhz budur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar