Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süleyman Rüstəmin diplomat nəvəsi danışdı: “Növbəti təxribatdır”

Bu gün bir sıra KİV-lər Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyi əməkdaşlarının Xarici İşlər Nazirliyinin tələbi ilə geri çağırıldığı barədə məlumat yayıblar.

Həmin məlumatlarda iddia olunur ki, Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, konsulluq və humanitar məsəsələr üzrə attaşe Elmar Məmmədov, maliyyə attaşesi Bəhruz Məmmədli İsveçdən geri çağırılıb və artıq Bakıya gəliblər.

Virtualaz.org diplomatların Stokholmdan geri çağırılması ilə bağlı məlumatları dəqiqləşdirmək üçün Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə ilə əlaqə saxlayıb.

“Mən iş yerindəyəm. Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyinin əməkdaşlarının geri çağırılması barədə məlumat həqiqəti əks etdirmir. Əməkdaşlarımızın geri çağırılması ilə bağlı məlumatların yayılması növbəti təxribatdır”, - deyə Günəş Rüstəmzadə bildirib.

Xarici İşlər Nazirliyi sistemindəki rotasiyaya uyğun olaraq birinci katibin səlahiyyət müddəti bitib.

Qeyd edək ki, bu, İsveçdəki azərbaycanlı diplomatların geri çağırılması ilə bağlı ikinci dezinformasiyadır. Bundan əvvəl belə dezinformasiya AXCP-dən olan bloqer Fikrət Hüseynli tərəfindən yayılmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar