Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın İsveçdəki diplomatik heyəti geri çağırılıb? - Yenilənib

Azərbaycanın İsveçdəki diplomatik heyəti Xarici İşlər Nazirliyinin tələbi ilə geri çağırılıb. Xeber.de-nin diplomatik mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, Azərbaycanın İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, birinci katib Vaqif Seyidbəyov, konsulluq və humanitar məsələlər üzrə attaşe Elmar Məmmədov, maliyyə attaşesi Bəhruz Məmmədli artıq Bakıdadırlar.

Diplomatların Bakıya çağırılması ilə bağlı ilkin versiyalardan biri onların Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlatdığı cinayət işi ilə bağlı olmasıdır. Hazırda azərbaycanlı diplomatların fəaliyyət göstərdikləri binanın qapıları da bağlıdır. Telefon zəglərinə isə, cavab verilmir.

Xatırladaq ki, Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış cinayət işinə görə Eldar Həsənov Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri ikən avqustun 13-də DTX əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıb. Bundan bir neçə gün sonra o, səfir vəzifəsindən azad olunub.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) onunla bağlı yaydığı məlumatında deyilir ki, Xarici İşlər Nazirliyində maliyyə yoxlamaları ilə bağlı istintaq gedir və Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Musavat.com xəbəri dəqiqləşdirmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə sorğu göndərib. Lakin bu sorğu hələ cavablandırılmayıb.

Əlavə məlumat veriləcək.

***

Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə virtual.az.org-a açıqlamasında xəbərləri təklizib edib: “Mən iş yerindəyəm. Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyinin əməkdaşlarının geri çağırılması barədə məlumat həqiqəti əks etdirmir. Əməkdaşlarımızın geri çağırılması ilə bağlı məlumatların yayılması növbəti təxribatdır”.

Saytın yazdığına görə Xarici İşlər Nazirliyi sistemindəki rotasiyaya uyğun olaraq birinci katibin səlahiyyət müddəti bitib.

***

Xarici İşlər Nazirliyi də (XİN) Azərbaycanın İsveçdəki diplomatlarının geri çağırılması ilə bağlı məlumata münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.

“Bəzi KİV-də Azərbaycanın İsveçdəki diplomatik nümayəndələrinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları bu ölkədəki diplomatik fəaliyyətlərini davam etdirirlər”, – XİN rəsmisi əlavə edib. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar