Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayonlara gediş-gəlişin bərpası taksi qiymətlərinə necə təsir edib?

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonlarının giriş-çıxışlarından karantin postları götürüləndən sonra rayonlara sərnişin daşıyan taksilərdə gediş haqları ucuzlaşıb.

PİA.az-ın Trend-ə istinadən məlumatına görə, sentyabrın 8-i səhər saatlarından vətəndaşlar rayonlara sərbəst getməyə başlayıb.

Artıq karantin postlarının yığışdırılması gediş haqlarını da əvvəlki qiymətə endirib.

Məsələn, Bakının Şamaxı yolu adlanan ərazisindən Quba rayonuna taksi ilə 1 sərnişin 8 manata gedirdisə, sərt karantin qaydaları tətbiq olunandan sonra bu istiqamətdə gediş haqqı 25-30 manata qaldırılmışdı. Həmin ərazidən Ağsuya 7 manata sərnişin daşıyan taksilərdə gediş haqqı 30, Şamaxı rayonuna 25, İsmayıllı rayonuna 35 manata qaldırılmışdı. Taksilər süni qiymət artımını karantin postlarından rayon istiqamətinə keçməyin mümkünsüz olduğunu bəhanə gətirərək həmin ərazidən gizli yollarla keçmələri ilə əlaqələndirirdilər.

Sentyabrın 8-dən isə sərnişindaşımada qiymətlər yenidən əvvəlki vəziyyətə qaytarılıb. Taksi sürücüləri bildirirlər ki, karantin postları götürüləndən sonra rayon istiqamətində və ya əks istiqamətdə sərnişin sayının artacağı planlaşdırılsa da, gözlənilənlərin tam əksi ilə qarşılaşıblar.

Bu istiqamətdə sərnişin sayında ciddi artım olmayıb. Karantin rejimi ilə indiki vaxtda heç bir dəyişiklik olmadığından taksi sürücüləri məcburən qiymətləri endirib. Hazırda Bakıdan Ağsuya 1 sərnişin 7-10 manata, Şamaxıya 5-6 manata, Qubaya 8-10 manata daşınır. Karantin dövründə taksi sürücüləri Gəncə şəhərinə 1 sərnişindən 45-50 manat gediş haqqı tələb edirdilərsə, hazırda bu qiymət 10 manata düşüb.

Həmçinin, sürücülər Tovuz rayonuna daşıdıqları sərnişinə görə adambaşı 65-70 manat alırdılarsa, hazırda həmin istiqamətə 12-15 manata sərnişin daşıyırlar.

pia.az


Etiket: taksi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar