Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX-nin əməliyyatları Bakının rayonlarını da əhatə etməlidir - Deputat

İcra başçıları, onların ərazi nümayəndələrinin rüşvət alma, yardımların yeyilməsi, müxtəlif adlarla dövlət vəsaitinin mənimsənilməsi, vətəndaşların maaş kartlarına əl qoyulması kimi qanunsuz əməllərilə bağlı tədbirlər və qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən həbslər bəzi "əyalət padşahları”nı öz çirkin əməllərindən çəkindirmir. Dövlət başçısının dəfələrlə xəbərdarlığı da onun dediyi kimi "bunlara dərs olmur”. Son günlər tənqidlər təkcə əyalətlərdəki icra başçılarına deyil, həm də Bakının rayonlarına rəhbərlik edən məmurlara yönəlib. İctimaiyyət nümayəndələri bildirirlər ki, ayrı-ayrı bölgələrdə keçirilən antikorrupsiya əməliyyatları paytaxt rayonlarını da əhatə etməlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da bu qənaətdədir.

O. Modern.az-a bildirib ki, icra başçıları ilə bağlı araşdırmalar davam etdirilməlidir: "Çünki daxil olan məlumatlardan aydın olur ki, son olaylar "əyalət padşahları”na dərs olmayıb. Onların bəziləri yenə də öz bildiklərini edir, vətəndaşları incidir, süründürməçiliyə yol verirlər. Son vaxtlar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, həm də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ciddi əməliyyatlar keçirilir. Bu əməliyyatlar Bakı da daxil olmaqla digər şəhər və rayonları da əhatə bilər. Çünki vətəndaş narazılıqları kifayət qədər çoxdur. Araşdırmalara başlanması ərazidəki rüşvətxorluq halları və bununla bağlı şikayətlərdən asılıdır”.

Deputat müşahidələrinə əsasən deyib ki, bəzi məmular ölkə rəhbərinin çağrışlarına məhəl qoymurlar: "Hesab edirəm ki, əməliyyatların əhatə dairəsi genişləndirilməlidir. Çünki bəzi rəhbər şəxslər hələ də baş verənlərdən nəticə çıxarmayıblar. Araşdırmalar cənab Prezidentin qarşıya qoyduğu şəffaf idarəçiliyin bərqərar olması üçün bütün bölgələri, o cümlədən paytaxt Bakının rayonlarını da əhatə etməlidir”.

pia.az


Etiket: DTX


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar