Çərşənbə, 23 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Oskar” mükafatının qaydalarında dəyişikliklər edilib

Amerika Kino Sənəti Akademiyası “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizəd olan film müəllifləri üçün yeni standartlar müəyyən edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, yeni qaydalar irqi, etnik, seksual və başqa azlıqlar, o cümlədən qadınlara qarşı yönəlmiş təzyiqlərlə mübarizə məqsədilə müəyyən edilib.

Bundan sonra ekran əsərinin "İlin ən yaxşı filmi" nominasiyasına iddia etmək üçün ən azı dörd meyardan ikisinə cavab verməsi lazım gələcək.

Beləliklə, birinci və ya ikinci plan rolunu oynayan aktyorlardan ən azı biri irqi və ya etnik azlığın nümayəndəsi olmalıdır. Əks təqdirdə yerdə qalan truppanın ən azı 30 faizi qadınlar, irqi, etnik, seksual azlıqlardan və ya fiziki məhdudiyyətli şəxslərdən ibarət olmalıdır.

Eyni tələb filmin istehsalında iştirak edən texniki və yaradıcı heyət qarşısında da qoyulur, o cümlədən marketoloqlar, ictimaiyyətlə əlaqələr və kinoprokatla məşğul olanlara da aid edilir.

Sonuncu meyar isə yuxarıda adı çəkilən qruplardan stajçı və təcrübəçi dəvət etmək barədədir.

Yeni qaydalar 2024-cü ildə “Oskar”a namizəd olan filmlərə tətbiq ediləcək.

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AMEA-dan Adil Əliyev haqda sərt ittiham: “Müəmmalı keçmişini...”

Əli Əsədovun XİN-də “kadr islahatları” – 1 “daş”la 3 “quş”

Ramiz Mehdiyevin “qara siyahı”sına düşənlərin taleyi...

Kimlər hərbi təlimlərdə iştirakdan imtina edə bilər? - Açıqlama

“Noyabrın 2-dən sonra bütün təhsil müəssisələri distant təhsil formasına keçəcək” - Ekspert

Məşhur Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi

Məktəblər iki həftə sonra bağlanacaq: Ekspertdən həyəcan siqnalı

Ramiz Mehdiyev qalmaqalının birinci pərdəsi bitdi

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi

Kimlər hərbi təlimlərdə iştirakdan imtina edə bilər? 

loading...

Ən çox oxunanalar