Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bilmədən atasını öldürən Şövqü peşəkar güləşçidir

Tanınmış gitaraçı Nofəl Süleymanlını ehtiyatsızlıqdan öldürməklə gündəmə gələn oğlu Şövqü Süleymanlı haqda bəzi məlumatlar bəlli olub.

Ş.Süleymanlı peşəkar formada güləşlə məşğul olub. Azərbaycan çempionatında yarışlarda müxtəlif yerlər tutub.

O, 2018-ci ildə 10-cu sinifdə oxuyarkən Gürcüstanda keçirilən idmanın güləş növü üzrə 55 kq çəkidə olan idmançılar arasında Beynəlxalq turnirdə I yerə layiq görülüb.

İlkin məlumatda qeyd olunduğu kimi, Ş.Süleymanlının 15 yox, 17 yaşı var. Nofəl Süleymanlının 4 övladı var, onlardan üçü oğlandır.

Məlumata görə, Nofəl qeydiyyatda olduqları Ağcabədi rayonuna yola düşməzdən əvvəl oğluna silahı təmizləməsini, rayonda ova getməklərini tapşırıb.

Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.(Qafqazinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar