Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın illərdir dəyişməyən işğal və qətliam siyasəti...

Fransa iqtidarında dəyişən sadəcə simalardır, amma xarici siyasət yenə eyni qalır: hücum, işğal və qırğın...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 7 sentyabr 2020-ci il

Son aylarda Fransa prezident Ərdoğandan, Türkiyə isə Fransa prezidenti Makrondan danışır.

Daxildəki iqtisadi və sosial böhranla mübarizə aparan Fransa Atlantikin Avropadakı lideri rolunu öz üzərinə götürən imperialist və işğalçı bir siyasət izləyir. Bu günü anlamaq üçün bir az geriyə qayıtmaq lazım olacaq.

Makronun izlədiyi Atlantikçi xətt 2007-ci ildə prezident seçilən Nikolas Sarkozi ilə başlayıb. Sarkozi, Holland və Makron eyni zəncirin halqalarıdır. Sarkozinin seçilməsi De Qollun ənənəsinin bitdiyini ifadə edirdi. Onsuz da seçki şüarı “Qopma” (Rupture!) idi.

Fransanın təcavüz, işğal və qətliam siyasəti

Keçmiş prezident Jak Şirakın dövrü ABŞ-a qarşı məsafəli, Ərəb dünyasında və Afrikada isə De Qoll ənənəsinin izlərini daşıyan daha balanslı xarici siyasətin aparıldığı bir dövr idi. Şirak 2003-cü ildə ABŞ-ın İraqa hücumuna qarşı Rusiya və Almaniya ilə birgə hərəkət etmişdi. ABŞ-İngiltərə ittifaqına qarşı Fransa, Almaniya və Rusiya ittifaqını müdafiə edirdi. Beləliklə, Paris-Berlin-Moskva bucağı meydana gəlmişdi. Bu ittifaqın aktyorları isə Şirak, Şröder və Putin idi.

Sarkozi bu cizgidən çıxaraq Amerikanın Avropadakı əsas gücünə çevrilmiş, Qərbi Asiyada və Afrikada ABŞ-ın quyruğuna ilişib qalmışdı. Transatlantikaya heyran olduğunu gizlətmir, xarici siyasətdə ABŞ siyasətlərini Avropada həyata keçirirdi. ABŞ-ın İrana qarşı AB-də başlatdığı səlib yürüşünün sözçüsü olmuşdu. 2008-ci ildə baş verən maliyyə böhranı ölkə iqtisadiyyatını zəiflətmiş və borc içinə salmışdı. Sarkozinin gördüyü “həll yolu” isə xaricdə imperialist işğal və hücumlar həyata keçirmək idi.

Fransa artıq ABŞ-ın ən effektiv gücü idi. 2011-ci ildə ABŞ-ın dəstəyi ilə Fil Dişi Sahillərini işğal etdilər. Ardınca da Liviya və Suriya hücumları baş verdi.

2012-ci ildə Sarkozidən qurtulmaq istəyən fransız xalqı Sosial Demokrat Hollandı hakimiyyətə gətirdi. Holland Sarkozinin yolunu davam etdirdi. Sadəcə olaraq bir sima dəyişmişdi, amma xarici siyasət yenə eyni idi: hücum, işğal və qırğın.

Sosial Demokrat Holland da döyüş 2013-cü ildə Maliyə və Mərkəzi Afrika Respublikasına hücum etdi. Bu ölkələrdə “həddini aşan” hökumətləri daxili xaosla və ya etnik, dini separatçı terror təşkilatları ilə devirirdilər.

Makronu hakimiyyətə gətirən proses

Dünya nizamı dəyişərkən ABŞ-ın və Avropadakı davamçılarının düşdükləri iqtisadi və maliyyə böhranından çıxmaq üçün bir yol olaraq seçdikləri genişləndirici, işğalçı müharibə siyasəti iflas etmişdi. Qərbi Asiyanı qan gölünə çevirən bu siyasətlər Rusiya-Çin və İranın nəzdində Avrasiya qalasına zərbə vurmuşdu.

Yalnız inkişaf etməkdə olan ölkələri deyil, kapitalist Qərbi də iqtisadi, siyasi və hərbi sahələrdə əzən qloballaşmanın sonu gəlib. İqtisadiyyatları tədricən zəifləyən, büdcələri kəsirdə olan, dövlət borcları demək olar ki, Ümumi Daxili Məhsula bərabər olan, işsizlik və yoxsulluq səviyyəsi artan, istehsal rəqəmləri sürətlə azalan, klassik siyasi partiyalara olan inam zəifləyən, Afrikada və Qərbi Asiyada hərbi baxımdan məğlub olan Qərb ölkələrinin xalqları yeni axtarışlara başlayıblar.

Atlantikçilərin və Sarkozi-Holland kimi müharibə liderlərinin dövrü sona yaxınlaşırdı. Vəziyyət belə olduğu üçün əvvəllər iqtisadiyyat naziri olmuş, ömrü boyunca heç seçkilərdə namizəd olmamış, Rotşild bankında işə başlamış, Putin və Əsədin düşməni, Brüssel və Neoconların isə ümidi olan 39 yaşındakı Emmanuel Makron 2017-ci ilin mayında hakimiyyətə gəldi. Makron iflasa uğrayan sistem partiyaları əvəzinə, qlobal güclər və yerli iş birlikçiləri tərəfindən bir layihə olaraq hazırlanmış və media ilə kapitalın gücü sayəsində prezident seçilmişdi.

Hollandın sosial-demokrat partiyası ilə Sarkozinin neoliberal partiyasının proqramı və praktikası arasında heç bir fərq yox idi. Proqram və heyət olaraq bu iki partiyanın qarışığı olan Makronun Cumhuriyyət Yürüşü Partiyası da eyni təcavüzkar və genişləndirici siyasətləri xaricdə davam etdirdi.

Bu gün Şərqi Aralıq dənizində üz-üzə gələn Fransa və Türkiyənin çəkişməli prosesinə qarşıdakı günlərdə daha yaxından şahid olacağıq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar