Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun bir əlində tutmağa çalışdığı iki qarpız: Livan və İran

Livana kömək etmək istəyən hər kəs artıq vəziyyəti xaotik hala gətirməkdən çəkinməlidir. Çünki ölkə qaçınılmaz bir uçurumun astanasındadır...

Sevsen Şair
“The Independent” qəzeti, 7 sentyabr 2020-ci il

Makronun Livandakı ziddiyyəti necə yoluna qoya bilər? İranın Livandakı təmsilçisi Hizbullahın qanuniliyini qəbul etmək və İrana ölkəyə müdaxilə etməməsi barədə xəbərdarlıq vermək lazımdırmı?

Makron Ruhaninin yeni prezidentin kim olacağına qərar verməsi üçün Livanın Prezident Sarayına girməli olduğunu düşünürmü? Nəyə ehtiyacı var və köməkçisi varmı? Daha da önəmlisi, livanlıların “bu ikisinin birləşməsi ölkədə yerdə qalan hər şeyin ölümü deməkdir” mesajı Makrona necə çatacaq? Livanlıların inandığı və narahat olduğu bu mesajı kim daşıyacaq?

Patriarx bunu utanc içində demişdi. Lakin keçmiş prezidentlər də daxil olmaqla, sünni blokunda bir sükut var.

Bəs bu mesajı kim çatdıracaq?

İroniyalı olan şey budur ki, Makron bunu bilir, lakin bilə-bilə görməzdən gəlir. Üstəlik, heç kim onunla bu barədə danışmağa cəsarət etmədiyi üçün o da livanlılarla səssiz-səmirsiz oyun oynayır. Livan Makron üçün həm beynəlxalq, həm də öz ölkəsi səviyyəsində ciddi bir “kozır” idi. Əgər lazımi səviyyədə başa düşüb istifadə edə bilsəydi, uğurlu olardı. Ancaq uzaqgörənlikdə ciddi şəkildə uğursuz oldu. Bir əlində iki qarpız tuta biləcəyini düşündü, amma ikisini də əldən verdi.

Fransa Prezidenti Emmanuel Makron Livanın paytaxtını sarsıdan və siyasilərə qarşı nümayişlərin keçirilməsinə yol açan partlayışdan səkkiz gün sonra, yəni 11 avqustda iranlı həmkarı Həsən Ruhani ilə görüşündə Livana hər hansı bir xarici müdaxilə edilməməsi barədə xəbərdarlıq edib.

Bunun ardınca son səfərində Hizbullahın Livan siyasi sisteminin bir parçası və xalqın parlamentdə seçdiyi bir təmsilçi olduğunu qeyd edərək, onun yeni bir hökumət qurmağa və islahatlar həyata keçirməyə üstünlük verəcəyini vurğulayıb. Bəs Makronun İrana qarşı silah embarqosunu uzatmaqdan imtina etməsi ilə Livanın təhlükəsizliyi məsələsindəki narahatlığı necə eyni çərçivədə ola bilir?

Partlayışdan 3 gün sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ABŞ-ın səyləri ilə keçirilən səsvermədə Çin və Rusiya bu təklifi rədd edib, lakin qadağanın uzadılmasına dəstək verməyən 11 ölkə - Fransa da daxil olmaqla - bitərəf qalıb.

Makron Hizbullah silahlarının kölgəsində qurulacaq hər hansı bir hökumətin İranın razılığı olmadan tamamlanmayacağını və sələfindən fərqlənməyəcəyini bilir. Bəs bu fransız ziddiyyəti necə düzəldilə bilər? Bu sualın cavabını heç kim bilmir.

Bir tərəfdən İranı dəstəkləyir, digər tərəfdən xəbərdarlıq edir. Livanı dəstəklədiyini dediyi halda, necə əsl böhranı görməzlikdən gələ bilər? Bunun da nə demək olduğunu heç kim bilmir. Bu səbəbdən, Makron bu dəfə livanlılara ümid gətirəcəyinə inandırdığı ilk zamanlardakı kimi qarşılanmadı. Bunun əvəzinə onun “atalığını” xalqla əlaqə yaratmaq üçün çölə çıxmayan prezidentlərlə eyniləşdirdilər.

Həmçinin, Fransanın silah embarqosundan imtina etdikdən və ümumiyyətlə, Livan tərəfindən rədd edilmiş Hizbullahı tanıdıqdan sonra livanlıların əzab-əziyyətindən istifadə etdiyi məlum olub. Buna görə də həmin səfəri əfsanəvi Feyruz və Macidə Rumi ilə qəhvə içməkdən o yana keçə bilməyib. Bu, Makronun bir əlində iki qarpız tutmaq cəhdinin uğursuz bir nəticəsidir.

Hüseyin əl-Casminin Livan xalqı ilə bağlı baxışına görə, bu tamaşa xatirələri canlandırmaqdan və kürəyə sığal çəkməkdən başqa bir şey deyildi.

Livana kömək etmək istəyən hər kəs bu anda xaotik bir vəziyyət yaratmaqdan çəkinməlidir. Çünki ölkə qaçınılmaz bir uçurumun astanasındadır.

Fransadakı populyarlığını itirən Makronun başa düşmədiyi şey Parisin Livandakı mövqeyinin zəiflətməsi və Livandakı populyarlığından yenidən istifadə edə bilməməsidir. Çünki Fransa da digər Avropa ölkələri kimi ABŞ-dakı seçkilərin nəticəsini gözləmək üçün sırada dayanıb. Əsasən, Demokratların qalib gələcəyinə, iqtisadi sanksiyaların pozulacağına, İran dövlətinin və Avropa solunun rahat bir nəfəs alacağına ümid edir.

Halbuki Fransa bölgədə Avropanın qalan hissəsindən daha imtiyazlı bir mirasa sahibdir. Lakin Fransa beynəlxalq rolunu məhdudlaşdırmağı seçdi.

Makron konfrans çağırışı üçün də çox zəif bir cavab alıb. Əgər Fransa Yaxın Şərqə daha realist bir şəkildə baxsaydı və Makronun yaxşı başa düşmədiyi prosesləri nəzərə alaraq öz maraqlarına uyğun bir tarazlıq qursaydı, Livanda və hətta Suriyada daha aktiv rol oynaya bilərdi.

Fransa yalnız livanlılar üçün deyil, İranın müdaxiləsindən təsirlənən ərəb ölkələri üçün də çox şey edə və qazana bilər. Ancaq bunun İranla ortaq maraqlarına deyil, daha geniş bir perspektivlə bölgəyə və bölgədəki maraqlarına diqqət yetirməlidir.

Mövcud vəziyyətdə ərəb tərəfi Fransaya bu əlaqəni göstərməli və livanlılar da ziddiyyəti üçün bir mövqe yaratmalıdır ki, Makron da İran qarpızını, yoxsa ərəb qarpızını əlində tutmalı olduğuna qərar versin.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar