Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 5 rayon ləğv edilə bilər - Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən...

Azərbaycanda ciddi inzibati islahatlara ehtiyac var. Ölkə başçısının məsələ ilə bağlı müvafiq göstərişləri artıq icra edilməkdədir. Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi bunun ən gözəl nümunəsi ola bilər. Analoji halın digər rayonlar üçün də tətbiq edilməsi mümkündür.

Bunu millət vəkili Vahid Əhmədov Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv ediləcəyi barədə məlumatı şərh edərkən deyib.

Deputat bildirib ki, kiçik rayonlar ləğv edilərək 11 iqtisadi rayon yaradılmalıdır:

“Bu məsələni əvvəllər də dilə gətirmişəm. Azərbaycanda bu qədər çox rayonun olmasını doğru saymıram. Məsələ ondadır ki, Azərbaycanda 11 iqtisadi rayon var. Bu reallığı nəzərə alaraq, əyalət formasında 11 iqtisadi rayon yaratmaq olar. Çünki bu qədər rayon üçün icra başçısı və hərəsinin ayrıca icra aparatı olması dövlət üçün əlavə yük deməkdir. Misal üçün, şimal zonasında Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən rayonları var. Bu rayonlar məsafə baxımından bir-birinə çox yaxındır. Bu qədər parçalanmağa ehtiyac yoxdur. Bəhs etdiyim rayonlar vahid bir quberniya, ya da əyalət formasında birləşə bilər.

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsinə gəldikdə isə deyə bilərəm ki, bunun xüsusi bir səbəbi yoxdur. Adı çəkilən bu iki rayon onsuz da Gəncənin tərkib hissəsi idi”.

Deputatın fikrincə, icra hakimiyyətlərinin gördüyü bütün işləri bələdiyyələr də rahatlıqla görə bilər:

“Düşünürəm ki, hazırda biz bələdiyyə institutlaşmasına daha çox fikir verməliyik. Hazırda bələdiyyələrin statusunu, onların səlahiyyətlərini artırmaq daha vacibdir. Bu, reallaşarsa, bələdiyyələr daha yaxşı fəaliyyət göstərəcək.

11 iqtisadi rayon yaradılmalıdır və rəhbər təyin edilməlidir. Yerdə qalan bütün səlahiyyətlər yerli bələdiyyələrə verilməlidir. Biz bu istiqamətdə Türkiyəni örnək ala bilərik. Türkiyədə qeyd etdiyim üsul sınanıb, uzun illərdir tətbiq edilir. Bizdə də uğurlu olacağına şübhəm yoxdur”.(Axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar