Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın zəifləməsi tarixi prosesdir və bunun Ramiz Mehdiyevlə əlaqəsi yoxdur”

Zərdüşt Əlizadə: “Türkiyənin nüvə silahlı Rusiya ilə hərbi münaqişəyə girəcəyini təsəvvür edirsinizmi?”

Azərbaycanda daxili siyasi vəziyyət maraqlı bir ssenari üzrə inkişaf edir. Ölkədə bir vaxtlar qüdrət sahibi olan Ramiz Mehdiyevə qarşı mediada hücumlar səngimir. Məlum olduğu kimi, bu hücum, Mehdiyevin bir çox məmurun iştirakı ilə, karantin dövründə bağ evində nəvəsinə toy etməsindən sonra başladı.

AYNA-nın mövzu ətrafında suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb:

- Zərdüşt bəy, Ramiz Mehdiyevin nəvəsinin toyuna bu qədər sərt reaksiya verilməsinin səbəbi nədir? Bu, bir vaxtlar Prezident Administrasiyasının güclü rəhbərinin təsirinin başa çatması deməkdirmi?

- Dediyiniz güc və təsir Mehdiyevin ağlına və ya əxlaqi keyfiyyətlərinə əsaslanmırdı. Onun gücü tutduğu dövlət vəzifəsinə bağlı idi. Prezident Administrasiyasının rəhbəri qərar qəbul etmək, kadr toplamaq və ölkənin ideologiyasını müəyyənləşdirmək üçün çox vacib bir vəzifədir. Əlavə olaraq, Prezidenti özünə uyğun olan istiqamətdə yönəldə bilərdi. İndi Ramiz Mehdiyev bütün bu imkanları itirdi və AMEA-nın prezidenti oldu. Azərbaycan cəmiyyəti və dövlətinin, sözün birbaşa mənasında elmə ehtiyacı yoxdur, çünki tədqiqat mərkəzləri sənayemiz yoxdur və ümumiyyətlə, qərarlarımız ayrı-ayrı şəxslərin istəyi ilə verilir. Bu səbəbdən Elmlər Akademiyasının heç bir şeyə təsiri yoxdur və bu qurum ancaq Sovet keçmişinə bir xatirə olaraq qaldı. Buna görə də, indi Ramiz Mehdiyev praktik olaraq heç kimdir, vəzifədən gedəndə ona Heydər Əliyev ordeni verdilər və yaxşı maaşla prestijli bir yerə qoydular, baxmayaraq ki, bu maaşa ehtiyac duymur, çünki işlədiyi vaxtlarda çoxlu pullar oğurlayıb. İri biznes şəbəkəsinə malikdir. Ölkənin böyük siyasətindəki rolu sona çatdı, baxmayaraq ki, bəzi rəsmi şəxslərlə qeyri-rəsmi əlaqələri var və bu gün “Naxçıvan klanı”nın qeyri-rəsmi lideridir. İndi biz onun bu əlaqələrinin necə kəsildiyini və onu təcrid etməyə çalışılmasının şahidiyik. Baş verən son hadisələrin kökündə bu durur.

Zərdüşt Əlizadə: “Müxalifət guruldayır, amma “yağa” bilmir”

- Mehdiyevin təsiri zəiflədikdən sonra hansı klan mövqeyini gücləndirə bildi?

- İndi Prezidentin özünün təsiri çox artdı və bu da təbii olaraq ailəsinə də şamil edilir. Onlar həmişə güclü idilər, lakin ortada Ramiz Mehdiyev və onun "Naxçıvan klanı" faktoru da vardı. İndi güclərindən daha geniş şəkildə istifadə etməyə başladılar. Lakin eyni zamanda, bu güc də sərhədsiz deyil. Azərbaycan məmurları və ya deyək ki, bürokratiyası sıx birləşmiş bir təbəqədir və iqtisadi-siyasi maraqlarını necə müdafiə etmək lazım olduğunu yaxşı bilir. Əslində, bu bürokratiya hakim elita üçün bir maneədir. Səlahiyyətli orqanların şəxsi maraqlarını pozmaması onlar üçün vacibdir. Məsələn, ölkədə verilən müəyyən iqtisadi qərarlar bütün bürokratik təbəqənin maraqları nəzərə alınmaqla qəbul edilir.

- Bəzi mütəxəssislər Mehdiyevin mövqeyinin zəifləməsini Moskvanın Bakıdakı mövqeyinin zəifləməsi ilə əlaqələndirirlər. Bu, nə dərəcədə doğrudur?

- Ondan başlayaq ki, Rusiyanın zəifləməsi tarixi bir prosesdir, bunun heç kimlə, xüsusən də Mehdiyevlə əlaqəsi yoxdur. Qorbaçovun hakimiyyətə gəldiyi andan etibarən SSRİ zəifləməyə başladı, sonra da Rusiyanın özü. Postsovet məkanında Moskvanın mövqeləri zəifləyir və Azərbaycan da bu baxımdan istisna deyil. Yəni bu, bütöv bir tarixi prosesdir. Ramiz Mehdiyevin Rusiya ilə sıx əlaqədə olması bir həqiqətdir, amma Prezident İlham Əliyevin özü də Moskva ilə kifayət qədər sıx əlaqələrə malikdir. Bir çox vacib məsələlərdə, xüsusilə təhlükəsizlik, geosiyasi və digər məsələlərdə Azərbaycan Kremlin və Putinin maraqlarını nəzərə almağa davam edir. Buna görə Moskvanın Azərbaycandakı təsiri hələ də böyükdür. Həmişə demişəm ki, AzərbaycanErmənistanın “münaqişə qəfəsində” oturduğunu və bu qəfəsin açarlarının Kremldə olduğunu unutmamalıyıq. Belə bir şəraitdə bu ölkələrin müstəqillik dərəcəsi şərti və məhduddur. İndi bu qəfəsdə oturub qışqıra, söyə, tüpürə bilərsən, ancaq Rusiya orada olanların bu qəfəsdən çıxa bilməyəcəklərindən arxayındır. Buna görə də, Rusiyada bəzən bu ölkələrin manevrlərinə əhəmiyyət vermirlər.

Türkiyəyə və bu ölkənin Azərbaycandakı mümkün hərbi bazalarına gələk. Birincisi, hələ faktiki olaraq hərbi baza yoxdur. Toy olmamış eyforiyaya düşüb uşağın doğulmasına sevinməyə ehtiyac yoxdur. İkincisi, ağlı başında olan bir şəxs, Türkiyənin nüvə silahlı Rusiya ilə hərbi münaqişəyə girəcəyi bir vəziyyəti necə təsəvvür edə bilər? Ümumiyyətlə, bu, rasionaldırmı? Türkiyə cəmiyyəti Prezidentinin belə bir macəraya getməsinə icazə verəcəkmi? Bəli, Türkiyə Qarabağ münaqişəsində oynayaraq Azərbaycana təsirini artırmağa çalışa bilər. Yeri gəlmişkən, bu, baş verir - biz Ankaranın Bakıdakı nüfuzunun getdikcə artdığını görürük. Burada qeyd etmək lazımdır ki, Azərbaycan rəhbərliyinin özü, Qarabağ münaqişəsinin həllində Türkiyənin rolunun artmasını arzulayan kütlənin istəklərini gözardı etmir. Amma əslində, münaqişə həll olunmur. Bunu yalnız bir halda həll etmək olardı - AzərbaycanErmənistan xalqlarına bu münaqişəni özlərinin həll etməsinə imkan verilsə. Türkiyənin münaqişənin həllində əhəmiyyətli bir rol oynamaq niyyətində olduğuna qayıdaraq demək lazımdır ki, bir vaxtlar həm Fransa, həm də Amerika Birləşmiş Ştatları da əhəmiyyətli bir rol oynamaq istəyirdi, amma əslində, bu məsələdən iqtisadi mənfəətlərini aldılar və indi Türkiyə də bu addımı atmaq istəyir.

- Rusiyada yaşayan azərbaycanlı böyük biznes adamları Azərbaycanın daxili siyasətində ciddi bir amil ola bilərmi?

- Heç vaxt. Bu, istisna olunur. Rusiyanın işgüzar elitası, xüsusən də etnik azlıqlardan, xaricilərdən ibarət olan hissəsi, hökumətdən 100% asılıdır: sola-sağa istənilən razılaşdırılmamış addıma görə ciddi şəkildə cəzalandırılacaqlar və bütün sərvətlərindən məhrum olacaqlar. Bunun sadalamağa dəyməyən bir çox nümunəsi var. Rus biznes elitası yaxşı bilir ki, bütün bu sərvəti bu hökumətə sədaqətləri sayəsində əldə ediblər. Bu səbəbdən nə Vahid Ələkbərov, nə Araz Ağalarov, nə də azərbaycanəsilli zənginlərin heç biri Azərbaycanda Kremlin icazəsi olmadan hansısa siyasi oyun oynamağa cəsarət edəcək. Kremlin indi onları Azərbaycandakı hakimiyyətə qarşı təhrik etmək üçün bir səbəbi də yoxdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar