Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır - TƏBİB

Özünü 313 nömrəli məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edən 9-cu sinif şagirdinin vəziyyəti hazırda ağır-stabil qiymətləndirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb: “Hazırda onun müalicəsi Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir”.

Xatırladaq ki, məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.

***

Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli məktəbdə yıxılan qızın intihara cəhd etdiyi müəyyənləşib. 

Bununla bağlı Oxu.Az-a məktəbin direktoru Zakir Bayramov məlumat verib. 

O bildirib ki, 2006-cı il təvəllüdlü Hacıyeva Solmaz Adil qızı məktəbə texniki işçi kimi çalışan anası Hacıyeva İlhamənin yanına gəlib:

“Həmin günü qız kitab da götürməli idi. O, naməlum səbəbdən təhsil müəssisəsinin üçüncü mərtəbəsinə qalxıb, pəncərəni açaraq, özünü atıb. Bunu şagirdlərdən biri görüb və müəllimlərə xəbər verib. Dərhal təcili tibbi yardım çağırılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib. Anasının dediyinə görə, dünən qızı ilə aralarında mübahisə olub və onu danlayıb. Qızın qolunun iç və çöl hissəsində kəsiklər və cızıqlar var. Qızla birlikdə xəstəxanaya özüm də getdim və onun müayinəsində iştirak etdim. Həkimlərin dediyinə görə, onun sol ayağında sınıq və bel nahiyəsində əziklər var, həyati təhlükəsi yoxdur. İlkin ehtimala görə, hadisəyə ailədaxili münaqişə səbəb olub. Şagird nizam-intizamlı olub. Heç kimlə problemi olmayıb”.

Hüquq-mühafizə orqanları da intihara cəhd versiyasını istisna etmir.

***

Bakıda 9-cu sinifdə oxuyan qız 3 mərtəbədən yıxılıb.

PİA.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə oxuyan, 9-cu sinifdə oxuyan qız 3 mərtəbədən yıxılaraq, ağır xəsarət alıb.

Məktəbli təcili xəstəxanaya aparılıb.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar