Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Spiegel” jurnalı: Navalnının təyyarədə yanında olan butulkada zəhər izləri tapılıb

Münhenin Bundesver Farmakologiya və Toksikologiya İnstitutunun mütəxəssisləri Aleksey Navalnının qanında, sidiyində və dərisində, eləcə də təyyarədə yanında olan butulkada "Noviçok" qrupundan olan zəhərli maddənin izlərini tapıblar.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü hökumət mənbələrinə əsasən “Spiegel” jurnalı məlumat dərc edib.

Bildirilib ki, analizlərin nəticələri barədə kansler Angela Merkelin vitse-kansler Olaf Şolz, Xarici İşlər nazirləri Heiko Maas, Daxili İşlər naziri Horst Zeehofer, Ədliyyə naziri Kristin Lambrext və Müdafiə naziri Anneqret Kramp-Karrenbauer, həmçinin, kansler administrasiyasının rəhbəri Helq Braun ilə görüşü zamanı məruzə edilib.

Bundesver mütəxəssislərinin məruzəsinin toplantı iştirakçılarında “əsl şok” yaratdığı bildirilib.

Nəşrin yazdığına görə, çox güman ki, Navalnı zəhərlənəndən sonra həmin butulkadan maye qəbul edib və bu səbəbdən şüşədə zəhərin izləri aşkarlanıb.

pia.az


Etiket: Navalnı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar