Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov da Rusiyaya bağlıdır? – Nazirin Şoyqu ilə dostluğu birmənalı qarşılanmır

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra Azərbaycan hakimiyyəti islahatlara başladığını elan etdi. Birinci mərhələdə komandanın yaşlı üzvləri istefaya göndərildi. Bundan sonra islahatlar kursu axsamağa başladı. İqtidar düşərgəsinə yaxın şəxslər bunu daxildə hansısa qüvvələrin islahatları sabotaj etməsilə əlaqələdirirdilər. Az sonra bu yöndə verilən bəyanatlar daha da konkretləşdi: İslahatları hakimiyyət daxilindəki Rusiyaya yaxın qüvvələr sabotaj edir. Lakin həmin qüvvələrin kimlərdən ibarət olduğu açıqlanmırdı.

Ermənistanın iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi diversiyadan sonra ölkədə anti-Rusiya əhval-ruhiyyəsini daha da qızışdı. Bundan sonra Azərbaycan hakimiyyətindəki rusyönümlülərin adları çəkilməyə başladı. Bu sırada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin adı gəlirdi.

Doğrudur, AMEA prezidenti nəvəsinin toyu ilə bağlı yaranmış qalmaqalın fonunda ona ünvanlanan ittihamları cavablandırarkən Rusiyanin siyasi dairələrinə bağlanmasını yanlış adlandırdı. Lakin akademikin bu təkzibi ictimai rəyi dəyişə bilmədi.

İqtidar komandasında Kremlin emissarları olması barədə mediada vaxtaşırı yazılıb. Eyni zamanda ölkənin tanınmış ictimai-siyasi fiqurları da bu yöndə müxtəlif iddialar səsləndirib və yalnız Ramiz Mehdiyevin adını çəkməyib. Rusiyaya bağlı olan şəxslər arasında Müdafiə Nazirliyinin Baş qərargah rəisi Nəcməddin Sadıqovun da adı tez-tez hallanır.

Bu günlərdə isə araşdırmaçı jurnalist Cavanşir Həsənli Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu Rusiya ilə əlaqələndirib. Jurnalist Kəmaləddin Heydərovun Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə dostluq münasibətlərinin olduğunu deyərək onun da Kremlə bağlı şəxs olmasına eyham edib.

Kəmaləddin Heydərovun Şoyqu ilə dostluq münasibətlərinin olması və Kremlin siyasi dairələri ilə yaxınlığı yeni xəbər deyil. Bir müddət əvvəl də bu barədə xəbərlər yayılmışdı. Hətta Türkiyənin məşhur “Kurtlar vadisi pusu” serialında da bu məsələyə işarə edilmişdi. Yəqin ki, “Kurtlar vadisi pusu”ya baxanlar serialın 213-cü bölümünü xatırlayır. Həmin bölümdə Polad Ələmdar tərəfindən Azərbaycana göndərilən Karanın Bakıda görüşməli olduğu “Türbədar” öldürülür. Azərbaycanda “Kara”nı qarşılayanlar onu Kəmaləddin adlı şəxsin öldürdüyünü deyir. Bu faktı isə bıçağın üzərindəki balıq işarəsi ilə müəyyənləşdirirlər. Kara Kəmaləddinin kimliyi ilə maraqlanarkən isə ona bildirilir ki, bu şəxs kürü biznesi ilə məşğuldur. Eyni zamanda qeyd edilir ki, o, rusların Azərbaycandakı yeni adamıdır.

O zaman yerli media serialdakı “Kəmaləddin”in Fövqəladə Hallar nazirinin obrazı olduğunu iddia etmişdi. Nazir isə bu iddiaların üzərində sükutla keçmişdi.

Bir neçə il əvvəl isə Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşdırılmasında Kəmaləddin Heydərovun da rolunun olması barədə məlumatlar yayılmışdı. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yayılan xəbərləri təsdqiləmişdi. "Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov var, mənim dostumdur. Mənim də tanıdığım bəzi rusiyalı dostlarımızla bizi görüşdürdü, hansı addımlar atıla biləcəyinə dair qeyri-rəsmi fikir mübadiləsi apardıq”, - deyə Çavuşoğlu bildirmişdi. (AnaXeber. info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar