Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - Foto

Şəmkir rayon sakini, ikinci qrup gözdən əlil Elxan Piriyev iyun ayından etibarən sosial müavinət ala bilmir.

O iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir şöbəsi ona təyin olunan müavinəti dayandırmaqla yanaşı, həm də 2018-ci ildən bəri aldığı ödənişin hamısının geri qaytarılmasını istəyir.

Qafqazinfo-nun məlumatına görə şikayətçi deyir ki, ona təyin olunan müavinət heç bir əsas olmadan dayandırılıb:

“Mənim bir gözüm tamamilə görmür, digər gözüm isə lap yaxını çox zəif görür. Həyat yoldaşımın köməkliyi olmadan gəzə bilmirəm, hər yerə məni qolumdan tutaraq aparır. Əslində mənə birinci qrup əlillik verilməli idi, ikincinin verilməsi düzgün deyildi. Belə bir adamın pensiyasını nə adla kəsmək olar?”

E.Piriyevin sözlərinə görə, həyat yoldaşı da işləmir, ailə ona verilən 130 manat müavinətlə dolanır. İndi onlardan iki il ərzində ödənən 2527.59 manat vəsaiti geri qaytarmaq tələb olunur.

“DSMF-nin Şəmkir şöbəsinə müraciət etdik, bizə dedilər ki, saxta əlillik məsələsi ilə bağlı bir çox şəxsin pensiyası kəsilib. Karantinə görə Bakıya gedə bilmirik, yollar bağlıdır. Digər tərəfdən də qəbul şöbəsi bağlıdır. Çox çətin vəziyyətdə qalmışıq, xahiş edirəm, bizə kömək edin”, - şikayətçi deyir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən şikayətçiyə 2016 və 2021-ci il tarixlərində II dərəcə əlillik təyin edildiyi təsdiqləndi:

“Piriyev Elxan Qələndər oğluna 19.10.2016-19.10.2021-ci il tarixlərində II dərəcə əlillik təyin edilib. Lakin 06.04.2018-ci il tarixində vətəndaş Şəmkir Rayon Mərkəzi Xəstəxanasından əlillik dərəcəsinin dəyişdirilməsi, yəni, I dərəcə əlillik təyinatı üçün müraciət edib, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən müvafiq müayinə və müalicəni təsdiq edən məlumatlar forma 88-də olmadığı üçün müraciətə imtina cavabı verilib.

Vətəndaşın 19.10.2021-ci ilə qədər təyin edilmiş II dərəcə əlilliyinin bərpa edilməsi üçün xəstəliyinə dair bütün tibbi sənədləri Şəmkir rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etməsi tövsiyə olunur. Həmin sənədlər araşdırıldıqdan sonra şəxs barədə müvafiq qərar veriləcək”.

Agentlikdən həmçinin o da bildirilib ki, əlilliyin qiymətləndirilməsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən elektron qaydada tərtib edilən forma 88 əsasında həyata keçirilir. Həmin forma 88-də diaqnozu təsdiq edən bütün məlumatlar, ixtisaslaşmış həkim rəyi stasionar və ambulator müalicələrin epikrizləri, instrumental, diaqnostik müayinələrin nəticələri əks olunur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar