Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Həsənlidən telekanallara sərt ittiham - “Baxanlar xəcalət çəkirlər“

PİA.az tanınmış musiqişünas və aparıcı Kamran Həsənlinin Yenisabah.az-a müsahibəsini təqdim edir:

- Kamran bəy, tamaşaçılar sizi daha çox şou xarakterli verilişlərdən tanıyır. Son vaxtlarsa sosial məsələlərə aktiv münasibət bildirirsiniz. Bu dəyişikliyi necə izah edirsiniz?

- Tamaşaçılar məni daha çox televiziyadan tanıyır, son çıxışlarımı isə internet üzərindən edirəm. Düzü, mən verilişin içərisində də həmişə sosial problemlərə toxunurdum, sadəcə olaraq görünür, dediklərim böyük qazanın içərisində itib batırmış. Düzdür, tamaşaçıların haradasa 20 faizi bunu başa düşürdü, amma televiziya aparıcılığının öz qaydası var. Son verilişlərə baxsanız, orada da bildirdiyimi görəcəksiniz. Mənim üçün də təəccüblü oldu ki, tamaşaçılar internet üzərindən daha tez qəbul etdilər. Sən demə, internetin tam başqa formatı varmış. Verilişin hansısa məqamında dediyim fikri burada iki-üç dəqiqəlik videolarla insanlara çatdırıram.

- Sizcə, ziyalılarımız, jurnalistlərimiz fəal vətəndaş mövqeyi nümayiş etdirirlərmi? Bu təbəqənin ictimai-siyasi proseslərə, sosial problemlərə münasibəti sizi qane edirmi?

- Təbii ki, yox. Nəinki jurnalistlərimiz, ziyalılarımız, digərləri də. Jurnalistlərimizin çoxunun öz fəaliyyəti var, mən onların peşəkar fəaliyyətinə qiymət vermək istəmirəm, amma hər şey göz önündədir. Ziyalılarımız isə heç nəyə fikir bildirmirlər. Haradadırlar, nə işlə məşğuldurlar, ümumiyyətlə onlar varmı? Bu, sual altındadır.

- Son vaxtlar ölkədə “YouTube” kanallarının sayı sürətlə artmaqdadır. Sizcə, bunu ənənəvi televiziyanın iflası kimi qiymətləndirmək olar?

- Ənənəvi televiziyanın iflası məhz Azərbaycandakı kanalların halıdır. Dünyada televiziyanın gücü azalmayıb, düzdür, internet öz sözünü deyir, amma bunu televiziyanın iflası adlandırmaq olmaz. Çünki dünyada televizya internetlə rəqabətdədir və xarici ölkələrdə “televiziyaçı beyinlər” işləyir. Bizdə isə televiziya kanallarında peşəkarların torbası tikib atılır. Ona görə də televiziyamız böyük iflasdadır. Heç telekanallarımıza baxan da yoxdur, baxanlar da ancaq xəcalət hissi keçirir. 98 faiz vətəndaşlarımız böyük fəxrlə “Biz Azərbaycan televiziyasına baxmırıq” deyirlər. Bu əslində milli faciədir.

- Siz televiziyada həmişə reytinqli verilişlərin aparıcısı olmusunuz. Bəs “YouTube”dakı çıxışlarınızın izlənmə sayından məmnunsunuzmu?

- Açığı deyim ki, səs-küylü, sevilən olmasaydı yəqin ki, siz məndən müsahibə götürməzdiniz. Bütün şəhər bu saat mənim çıxışlarımdan danışır. Bu bir daha sübut edir ki, onlar reytinqin nə demək olduğunu hələ bilmirlər. Bu göstərir ki, 2-3 dəqiqəlik çıxışlar, işıqsız, dekorasiyasız, redaktorlarsız, oturub telefon qarşısında danışmaq böyük reytinq verə bilər. Mənim videolarımı başqa saytlar, kanallar götürüb paylaşdıqda daha çox baxış sayı olur, çünki öz kanalım hələ təzədir, cəmi üç həftədir açılıb. Amma öz kanalımda da baxış sayı qane edir.

- “YouTube” fəaliyyətinizi bundan sonra da davam etdirməyi düşünürsünüzmü?

- Bəli, düşünürəm. Kanalıma 2-3 dəqiqəlik videoları yerləşdirirəm. Videolarımın müddəti üç dəqiqəni keçmir çünki bu başqa janrdır. Kanalda bu söhbətlərdən əlavə tarixi söhbətlər etdiyim “Kamranla tarixi baxış” adlı videolar var, onlar da üç dəqiqəni keçmir. Azərbaycan tarixinin bəzi məqamları var ki, onları mütləq millətə çatdırmaq lazımdır. Çünki millətimiz öz tarixi barədə çox bədbin düşüncədədir. Əslində isə bizim çox qəhrəman tariximiz var. Abunəçilər də artır, gündən-günə izləyənlərin sayı artır. Abunəçilər artıqca mən də fəaliyyətimi davam etdirəcəyəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar