Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BNA rəsmisi bu çıxışına görə profilini bağladı - Video 

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev "Facebook" səhifəsini bağlayıb.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, buna səbəb Hikmət Babayevin iki gündür sərt tənqidlərə və etirazlara səbəb olan fikirlərinə sosial şəbəkə istifadəçilərinin reaksiyasıdır.

Hikmət Babayev taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışan zaman dediyi fikirlər onu haqlı olaraq tənqid hədəfinə çevirib.

BNA rəsmisi demişdi: ''Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil. Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur”.

Demək olar ki, bütün sosial şəbəkə istifadəçiləri H.Babayevi tənqid atəşinə tutub. Çünki BNA rəsmisinin bu şərhi heç bir məntiqə sığmır. Hansı məmur vətəndaşa "taksini gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil" kimi fikirlə müraciət edə bilər?

Aydın məsələdir ki, H.Babayev bundan sonra dediklərini başqa cür izah edə bilməyəcək.

Elə bunu anlayan H.Babayev rəsmi "Facebook" səhifəsinə ünvanlanan tənqidlərdən qaçmaq üçün səhifəsini bağlamaq məcburiyyətində qalıb.

Vətəndaşlar isə ən azı BNA sözçüsünün səsləndirdiyi fikirlərə görə xalqdan üzr istəməsini gözləyir.

pia.az 


Etiket: Hikmət Babayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar