Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Təhsilin, istirahətin, nəqliyyatın, geyimin, avtomobiln ən yaxşısı "ən yaxşılar"a məxsusdur..."

Hikmət Babayev fikirləri qəzəb doğurdu: "Ölkənin Konstitusiyasından xəbəri yoxdur"

Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi xidməti ilə bağlı vahid tarif və vahid dispetçer mərkəzinin yaradılması barədə təklifi bir neçə gündür,. sosial şəbəkələrdə müzakirə olunur. Əksəriyyət bu təklifi taksi fəaliyyətinin də monopoliyalaşdırılması, bu sahədə çalışan yüzlərlə vətəndaşın işsiz qoyulması kimi qiymətləndirir.

Bu gün Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışarkən, “taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” deməsi, zatən yeni təklifdən narazı olan cəmiyyətin hiddətinə səbəb olub. BNA rəsmisinin insanlar arasında bu formada ayrı-seçkilik salması əksər sosial şəbəkə istifadəçisi tərəfindən qınaq obyektinə çevrilib.

Dominant.az bir neçə tanınmış sosial şəbəkə istifadəçisinin bu barədə fikirlərini təqdim edir:

Şahin Cəfərli: "Sıradan bir məmur çox rahat şəkildə çıxıb deyir ki, sadə camaat taksidən istifadə etməməlidir, bu, yalnız imkanlı adamların imtiyazı olmalıdır. Onun çalışdığı dövlət qurumu isə rəsmi şəkildə bu barədə təkliflər irəli sürür. Bunlar hamısı onun nəticəsidir ki, ortada xalq deyə bir güc, belə bir faktor yoxdur. Seçkiyə gəlməyən, öz-özünə deyinən, şikayətlənən, amma çözümün siyasətdə olduğunu anlamayan, yaxud anlasa da, özünü o yerə qoymayıb, siyasətə qarışmağı lazımsız sayan bir topluluğu əlbəttə ki, nə daxildə, nə də dünyada heç kim ciddiyə almaz. Hələ ki vəziyyət belədir. Amma dəyişəcəyinə inanıram".

Aygün Muradxanlı: "Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev: “Taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır. Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur”. Harda geri zəka sahibləri, rəngli adamlar, buqələmunlar, yalançı Yalıncıqlar, yaltaqlar var, tapıb hərəsinə bir kabinet, bir möhür bağışlayırlar. Beləsini rəsmi vəzifə tutmaqdan ömürlük məhrum etmək şərtilə işdən atmaq lazımdır. İşləri-gücləri vətəndaşın həyatını çətinləşdirmək üçün yollar axtarmaqdır".

Rövşən Ağayev: ""Taksinin qiyməti ucuz olmamalıdır, taksidən imkanı olanlar istifadə etməlidir" deyən təfəkkür 28 ildir "təhsil elitar olmalı, pullu olmalı, imkanı olan daha keyfiyyətli təhsil ala bilməlidir" siyasətinin memarı olaraq bizi harasa çox qeyri-müəyyən, amma zülmət olduğuna şübhə qalmayan bir yerə dartıb aparır.

Elitist bir ölkə yaradıblar - təhsilin, istirahətin, nəqliyyatın, geyimin, avtomobiln ən yaxşısı "ən yaxşılar"a məxsusdur...".

Əzizə İsmayılova: "BNA düz deyir də, ucuzdur deyə cummusuz taksilərin canına. Hər gün taksi ilə gedib-gəlmək olar? Bunun üçün gül kimi ictimai nəqliyyat var, gəzin də özünüzçün. Hazır metro da bağlıdır. TƏBİB də durmadan deyir: "virusla yaşamağa öyrənməliyik". Öyrənmək üçün daim bir yerdə olmaq lazımdır, bunun üçün də avtobuslarda hər cür münbit şərait yaradılıb. Daha nə istəyirsiz?

P.S. Cənab məmurlar, biz bilirik e, metronun yükünü avtobuslar götürən deyil və burda sizi heç günahlandırmırıq da. Amma siz bizi inandırırmağa çalışırsınız ki, əslində hər işin öhdəsindən müvəffəqiyyətlə gəlirsiniz, metronun bütün yükünü tam rahatlıqla çəkib apara bilirsiniz. Sonda da çıxıb deyirsiniz ki, "Siz bizi düz başa düşmürsünüz"...".

Tanınmış hüquqşünas Ələsgər Məmmədli isə Hikmət Babayevin fikirlərini daha əhatəli şərh edib:

"Bakı Nəqliyyat Agentliyi rəsmisi Hikmət Babayev deyib ki: "Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil".

Bu ifadəni işlədən şəxsin ilk növbədə idarəetməsində yer aldığı ölkənin Konstitusiyasından xəbəri yoxdur.

Konstitusiyanın preambulasında aydın ifadə edilib ki: "- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək"- məqsədi ilə dövləti və onun konstitusiyasını xalq yaradıb.

BNA rəsmiləri və onları yönləndirənlər bilməlidir ki, Konstitusiyanın 15-ci maddəsi belə əmr edir:

"Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".

Bu kafada olanlar dərk etməlidir ki, Azərbaycanda dövlət həm də sosial dövlət prinsipini mənimsəyib. Konstitusiyanın 16-cı maddəsi:- " Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır", -deyir.

BNA rəsmisi dərk etməli idi ki istədiyində qiymətlərinə əlçatmayan taksidən seçkin bir kütləni təmsilən istifadə etməli deyil, hər kəsin müəyyən imkanları olmalıdır ki, layiqli həyat yaşasın. Onsuz da BNA rəsmiləri, onların tabeliyində olduğu Nazirlər Kabineti rəsmiləri ilə dəyəri yüz min manatla ölçülən maşınla AA seriya altında istəqdiyi qədər rahat və "layiqli və seçkin" həyatlarını sürdürür.

Ayrıca, BNA gündəmə gəlmişkən onun hüquqi statusu ciddi hüquqi mübahisəyə açıqdır. Bir şəhərin nəqliyyatının idarə olunması hansı legitim hüquq normasına görə Nazirlər Kabinetinə bağlı olmalıdır?

2012-ci ildə Prezidentin qəbul etdiyi Yerli icra hakimiyyətləri haqqında ƏSASNAMƏyə əsasən (3.9.1.) müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyətinin səlahiyyətindədir. Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanı deyil, Konstitutsion qurumdur və Konstitusiya ilə səlahiyyətləri müəyyən edilib. Bu səlahiyyətin Bakı Şəhər İcra Hakimittərinin əlindən alınıb, NK yanında BNA-ya verilməsi hüquqa ziddir.

Azərbaycan Konstitusiyasında NK-nın səlahiyyətləri bunlardır, unudanlar bir də baxsın.

Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar