Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov Nəşriyyatın ərazisini zəbt edib - Baş direktordan açıqlama

Prezidentin sabiq köməkçisi Əli Həsənov 2006-2007-cı illərdə "Azərbaycan” Nəşriyyatının ərazisini zəbt edərək özünə bina tikdirib.

Hazırda Beynəlxalq Mətbuat Mərkəzinin yerləşdiyi bina "Azərbaycan” Nəşriyyatın ərazisində yerləşir.

Əli Həsənov Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışan zaman "Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovdan həmin ərazini istəyib və sözügedən ərazidə bir neçə bina inşa etdirib. Onlardan biri isə indiki Beynəlxalq Mətbuat Mərkəzi adlanan binadır.

Məsələ ilə bağlı "Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrəndik.

Baş direktor Demokrat.az-a açıqlamasında Əli Həsənovun "Azərbaycan” Nəşriyyatının ərazisininin bir hissəsini zəbt etməsini təsdiqləyib:

Ağabəy Əsgərov deyib: "Məgər nəşriyyatın binası mənim dədəmin, babamındır ki, kiməsə verim? O vaxtı dövlət tərəfindən elə məsələhət olub və nəşriyyatın ərazisindən Əli Həsənova yer verilib. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib. Yenə deyirəm ki, onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur".

Ağabəy Əsgərov AMEA prezidenti Ramiz Mehdiyevin adamı olması barədə ittihamlara da cavab verib:

"Mən dövlətçiliyə, Ulu öndər Heydər Əliyevə və cənab Prezident İlham Əliyevə xidmət etmişəm. Bu gün də onlara xidmət edirəm".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar