Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həm sevgi, həm nifrət qazanan birinci ledi - Foto

O, bütün görüş və tədbirlərdə xarici jurnalistlərlə ingilis dilində danışır. Avropa təhsili və ikili (Suriya və Böyük Britaniya) vətəndaşlığı var. Dindar ərəb bölgələrində ona heyranlıqla baxsalar da, AvropaABŞ-da "persona non qrata" elan olunub. Söhbət, Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəddən gedir.

SURİYADAN LONDONA

"MediaPost" xəbər verir ki, Əsma 11 avqust 1975-ci ildə Londonda Suriyanın Homs şəhərindən gələn mühacir ailəsində anadan olub. Anası Səhər Otri Ahras Suriyanın Londondakı səfirliyində birinci katib vəzifəsini tutub, atası Favaz Ahras isə dövrünün nüfuzlu kardioloqlarından olub. Onlar qızları Əsmaya Suriya hakimiyyətinin əsas kursuna zidd olmayan dünyəvi Avropa təhsili veriblər.

Həmin dönəmlərdə SuriyaBəşər Əsədin atası Hafiz Əsəd idarə edirdi. O, 1970-ci ildə qansız bir çevrilişlə Suriyada hakimiyyət başına keçmiş və dünyəvi bir ərəb dövləti qurmuşdu.

Hafiz Əsəd dini ekstremizm meyllərini kökündən qoparır, bu istiqamətdəki bütün cəhdlərin qarşısını alırdı. Hətta 80-ci illərin əvvəllərində sünni qiyamını vəhşicəsinə yatırmışdı. Bütün bunlara baxmayaraq, Bəşər Əsədin gələcək həyat yoldaşının ailəsi Hafizə qarşı loyallığını qoruyurdu. Halbuki o dövrdə xaricdə yaşayan bəzi suriyalılar ölkədə baş verənlərin tənqidi sayəsində özləri üçün karyera qurmuşdular.

Əsmanın gənclik dönəmi haqqında çox az şey məlumdur. Mətbuata özü haqda verdiyi məhdud bilgilərdən məlum olur ki, o, inkişaf etmiş ərəb ölkəsinin mədəni bir ailəsində ciddi avropalı qız kimi böyüyüb. Bu, həqiqətən də belə idi.

QIZLAR MƏKTƏBİ, KRAL KOLLECİ...

Əgər Əsma gəncliyində açıq-saçıq geyinən, sərbəst həyat tərzi keçirən biri olsaydı, Suriya savaşı sonrası Bəşər Əsədi qanlı diktator adlandıran Britaniya mediası mütləq Əsmanın həmin fotoşəkillərini tapıb tirajlayardı. Lakin belə bir şey olmadı. Bu, Əsmanın yaxşı ailədən çıxdığı, düzgün tərbiyə aldığı qənaətini möhkəmləndirdi.

Qızlar məktəbini bitirdikdən sonra Əsma London Universitetinin Kral Kollecindən məzun oldu. Sonra Nyu-York da daxil olmaqla, bir neçə tanınmış Qərb bankının ofislərində işlədi.

Əsma gələcək həyat yoldaşı Bəşər Əsədlə 2000-ci ildə Suriyadakı qohumlarını ziyarət edərkən tanış olub. Bəşər Əsəd Əsmanın qonaq gəldiyi ailənin yaxın dostu idi. Bu tanışlıqdan bir neçə ay sonra cütlük evlənmişdi.

NÖVBƏDƏNKƏNAR VARİS

Əslində atası hakimiyyəti Bəşər Əsədə yox, böyük oğlu Basilə ötürmək istəyirdi. Bəşər də varis olmadığını bildiyi üçün Avropada özünə oftalmoloq kimi karyera qurmuşdu.

Qardaşı Basil isə atasının himayəsi altında karyera pillələrində sürətlə irəliləyirdi. O, xüsusi təyinatlı qüvvələrə yazılmış, Sovet İttifaqında hərbi sahənin incəliklərini öyrənmişdi. Suriyanın az qala hər yerini onun portretləri bəzəyirdi.

Lakin 1994-cü ildə Basil qəfil yol qəzasında həyatını itirdi. Suriyadakı hakim sülalənin tərəfdarları qəzanın "sionistlər", yəni İsrail xüsusi xidmət orqanları tərəfindən qurulduğunu iddia etdilər. Bu səbəbdən 90-cı illərin ikinci yarısında Bəşər Britaniyadan Suriyaya qayıtdı. Basildən fərqli olaraq, onun intelligent imici vardı.

2000-ci ilin iyun ayında Hafiz dünyasını dəyişdi və tərəfdaşları ən qısa zamanda Bəşəri varis olaraq irəli sürdülər. Həmin il 17 iyulda Bəşər Əsəd prezident kürsüsünə əyləşdi. O, sakit davranışı və apardığı demokratik islahatlarla qısa zamanda xalqın rəğbətini qazanmağa başladı.

PLANLI EVLİLİK?

Lakin bütün dünyəviliyi ilə yanaşı, Suriya hələ də Orta Şərq ölkəsi idi. Burada həyat yoldaşı olmayan prezident qeyri-adi görünür və cərgədən çıxmış hesab olunurdu. Üstəlik, həmin dönəmdə Bəşər Əsədin yaşı 30-u haqlamışdı və yerli standartlara görə bu, evlənmək və ata olmaq üçün ən uyğun yaş idi. Artıq 2000-ci ilin noyabrında Bəşərin "birinci xanımı" vardı.

Əsma Suriyaya qayıtdı və cütlük dekabrda təmtəraqdan uzaq toy etdi. Bu evlilik çoxları tərəfindən siyasi adlandırıldı. Belə ki, Bəşər ələvi, Əsma sünni idi. Bu izdivacı ələvilərlə sünnilərin barışının mesajı kimi qəbul edənlər də oldu.

Suriya prezidentinin xanımı illərlə "kölgədə" qaldı. Xarici səfərlər zamanı ərini müşayiət etsə də, həmişə zərif, təvazökar idi və Bəşərdən bir addım arxada qalmağı bacardı.

ŞƏRQİN "ŞAHZADƏ DİANA"SI?

Moda tənqidçiləri onun kosmetikadan az istifadə etməsindən heyranlıqla danışırdılar. Bu hal ərəb ölkələri üçün xarakterik deyildi. Əsmanın qısa saç düzümü də ərəb ölkələri üçün qeyri-ənənəvi idi. Birinci xanımın "Christian Louboutin"dan olan klassik kostyumları və ayaqqabıları göz oxşayır və yerlilər Əsmanı Britaniya şahzadəsi Diana ilə müqayisə edirdilər.

O ərəfədə də Bəşər Əsəd liberal islahatlar həyata keçirirdi. Qərb Suriyanı əsas bir məsələyə - Suriya ordusunun Livanda iştirakına görə tənqid edirdi. 2005-ci ildə gənc prezident Livandan qoşunların çıxarılmasını əmr etdi və bundan sonra Avropa, Amerika nəşrlərinin sevimlisinə çevrildi. Onu və həyat yoldaşı Əsmanı İordaniyanın hakim ailəsi ilə müqayisə edirdilər. Kral II Abdullah və həyat yoldaşı Rania qərbyönümlü mövqeləri ilə tanınırdılar.

Əsma Suriyanı başdan-ayağa gəzir, xeyriyyəçiliklə məşğul olur, kənd inkişafı proqramlarında iştirak edirdi. Qadın hüquqları və təhsili mövzusunda mütərəqqi mövqeyi ilə tanınırdı. 2005-ci ilə qədər hakim cütlüyün üç övladı - iki oğlu və bir qızı dünyaya gəldi.

SƏHRADA QIZILGÜL...

2011-ci ilin fevral ayının sonunda "Vogue" jurnalında Əsmaya həsr olunan "Səhrada qızılgül" adlı məqalə dərc olundu. Məqalədə Əsma birinci xanımların ən təravətlisi və ən cazibədarı kimi təsvir olunmuşdu. Təqribən bir ay sonra Suriyada hökumət əleyhinə nümayişlər başladı. Hərbçilər və polislər nümayişləri qəddarlıqla dağıdır, hətta atəş də açırdı. Etirazlar "Ərəb Baharı" dövrünə təsadüf etmişdi.

Bütün bunlar Əsmanın imicinə ciddi zərbə vururdu. Birinci xanım baş verənlərlə bağlı səssizliyinə görə sərt tənqid olunurdu. Avropa isə birinci lediyə qarşı sanksiyalar tətbiq edirdi.

Qərb mətbuatı "qanlı diktator"un həyat yoldaşı ilə bağlı məlum məqaləyə görə "Vogue"ya tənqidlər yağdırdı. Nəticədə məqalə saytdan çıxarıldı.

"New York Times"ın yazdığına görə, məqalə Əsəd hökumətinin PR xidmətinin vasitəçiliyi ilə yayımlanıb. Və "Vogue" bu tip dəstək müqabilində Əsmadan aylıq beş min dollar alır.

BƏŞƏR ƏSƏD SAVAŞDA, ƏSMA ALIŞ-VERİŞDƏ...

Əsma Əsəd 2011-ci ildə vətəndaş müharibəsinin başlaması ilə kölgəyə çəkildi. Və ictimaiyyət arasında yalnız iki il sonra görünməyə başladı. Medianın müşayiəti ilə o, yaralı təhlükəsizlik qüvvələrinin müalicə olunduğu xəstəxanalara və müharibə bölgəsindən qaçan suriyalılar üçün düşərgələrə baş çəkirdi. Suriya dövlət mediası birinci xanımın yaralı əsgərlər və qaçqın övladları ilə şəkillərini aktiv şəkildə tirajlayırdı.

"Beynəlxalq birliyin Bəşər Əsədə ikrah hissi ilə yanaşmasına baxmayaraq, Əsma ərinə dəstək olmağa qərar verdi", - deyə Avropa mediası yazırdı. Digər ərəb ölkələrindən olan kişilər Əsmanın bu hərəkətini təqdir edir, cəsarətinə heyran olduqlarını deyirdilər. "Peyğəmbərin xanımı kimi ağıllı və cəsarətlidir", - deyə Əsmaya təriflər yağdırırdılar.

2012-ci ildə Avropa Birliyi Suriya liderinin xanımına, həmçinin anasına, bacısına və gəlininə qarşı sanksiyalar tətbiq etdi. Bu qadınların AB ölkələrinə girişi qadağan edildi, bütün hesabları donduruldu.

Bu qərar Əsmanın elektron poçtu ələ keçiriləndən sonra qəbul olundu. Birinci xanımın arxivindən belə məlum olurdu ki, əri ölkədə baş qaldırmış üsyanı yatırmaqla məşğul olarkən, o, Avropa mağazalarında dizayner paltarları, zinət əşyaları, antik mebellər və digər lüks mallara onminlərlə dollar xərcləyir.

SAVAŞ, UŞAQLAR, XƏRÇƏNG...

Əsma 2016-cı ildə Rusiyanın "Russia 24" telekanalına müsahibə verənə qədər xarici mətbuata heç nə danışmadı. Məlum müsahibəsində isə o, ərinin sakit, düşüncəli və hər zaman nəzakətli olmasından, həmçinin müharibə zamanı rədd edilmiş xarici sığınacaq təkliflərindən söz açdı.

2018-ci ilin avqust ayında Əsmanın həyatında dönüş oldu. Prezident administrasiyasının mətbuat xidməti birinci xanımın xərçəng olduğunu və xəstəliyin Şamdakı xəstəxanalarından birində, erkən mərhələdə aşkar edildiyini bildirdi. Daha sonra Əsma özü suriyalılara müraciət edərək xəstəliyindən danışdı. 2019-cu ilin yanvarında onun bədxassəli şişi müvəffəqiyyətlə götürdüyü bildirildi.

2019-cu ilin avqust ayında Əsmanın xərçəngə qalib gəldiyi açıqlandı. O, qaçqınlar və yaralı əsgərlər arasında yenidən görünməyə başladı. Xərçəngdən müalicə zamanı saçları töküldüyündən, başında şal olurdu. Vaxt keçdikcə bu aksesuar yeni dəbli qısa saç kəsimi ilə əvəz olundu və Əsmanın şəkilləri tez-tez sosial şəbəkələrdə görünməyə başladı.

2020-ci ilin iyun ayında Əsma ABŞ-ın sanksiya tətbiq etdiyi 14 nəfərin sırasına düşdü. Məhdudlaşdırıcı tədbirlər onun Suriya hökumətinə verdiyi dəstəyə görə idi...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar