Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Neft Fondunun xərcləri artırıldı

Prezident İlham ƏliyevAzərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Sənəd Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə imzalanıb.

Beləliklə, Neft Fondunun gəlirləri əvvəl nəzərdə tutulan 12 384 088,2 min manatdan 7 832 893,4 min manata azalır, xərcləri isə 11 589 910,3 min manatdan 12 439 910,3 min manata qaldırılır.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 10 563 404,5 min manatdan 6 646 940,7 min manata qədər azaldılıb.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişlərinin miqdarı 4 692,0 min manatdan 6 752,4 min manata qaldırılıb.

Neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin məbləği 19 380,0 min manatdan 21 080,0 min manata dəyişdirilib.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər isə 1 031 271,7 min manatdan 390 342,9 min manata azaldılıb.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonusların məbləği 765 340,0 min manatdan 767 777,4 min manata artırılıb.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddinin məbləği 11 350 000,0 min manatdan 12 200 000,0 min manata artırılıb.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar