Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minskdə müxalifətin yeni izdihamlı aksiyası gözlənilir

Bu gün səhər saatlarından etibarən Belarusun paytaxtı Minskin mərkəzinə hərbi texnika və güc strukturlarının bölmələri, o cümlədən OMON hissələri yeridilir. Virtualaz.org xəbər verir ki, təhlükəsizlik qüvvələri mərkəzi Müstəqillik meydanı və Hökumət evi  boyu düzülürlər. Bu, müxalifətin növbəti izdihamlı aksiyasına hazırlıqdır. Planlaşdırılır ki, Belarus müxalifəti  günün ikinci yarısında Minskdə və digər iri şəhərlərdə prezident seçkilərinin nəticələrinə etiraz olaraq yeni aksiyalar keçirəcək.

Belarus xalqı artıq üç həftədir seçkilərin nəticələrinə etiraz edir, yeni seçkilərin keçirilməsini, bütün siyasi məhbusların azadlığa buraxılmasını və etirazçılara işgəncələr verənlərin cəzalandırılmasını istəyir. Ötən gün avqustun 29-da Minskdə və digər şəhərlərdə qadınlar hakimiyyətin zorakılığına qarşı yürüş ediblər. Bu aksiyalar zamanı çoxsaylı xarici jurnalistlər saxlanılıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Belarusa yeritmək üçün ehtiyat ordu qüvvələri hazırladıqlarını bildirib. Onun sözlərinə görə, həmin qüvvələr “ekstremistlərin qırmızı xətti keçməsi halında” Belarusa yeridililəcək. Putinin bu bəyanatı ABŞAvropa liderlərinin ciddi narahatlığına səbəb olub.

Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron Putinə zəng vuraraq onu Rusiyanın Belarusdakı vəziyyətə müdaxiləsinin "mümkün olan ən pis ssenari" olacağı haqda xəbərdar edib. Makronun sözlərinə görə, o, Putinlə telefon danışığı zamanı birbaşa onun diqqətinə çatdırıb ki, Belarusa hərbi və ya polis müdaxiləsi arzu olunan deyil.

Makron deyir ki, nə o, nə də Almaniya kansleri Angela Merkel, 2014-cü ildə Ukraynada baş verənlərin Belarusda təkrarlanmasını istəmir. Hansı ki, küçə etirazlarından sonra prezident Viktor Yanukoviç ölkədən qaçdı və Rusiya "rusdilli əhalini qorumaq" bəhanəsi ilə Krımı ilhaq etdi , daha sonra Donbasdakı separatçılara yardım edərək hələ də davam edən silahlı qarşıdurmaya səbəb oldu

Makrona görə, Merkel ilə birlikdə Putindən istədikləri odur ki, o, Lukaşenkonu ATƏT-in Belarusiya səlahiyyətliləri ilə etirazçılar arasında vasitəçi kimi iştirakının vacibliyinə inandırsın. Fransa prezidentinin sözlərindən belə çıxır ki, Putin bu məsələni Lukaşenkoya çatdırıb, ancaq Belarus lideri  razılaşmayıb.

Bundan başqa AB-nin Xarici İşlər Naziri Cozef Borrell də rəsmi Moskvanın özünün dəfələrlə Belarusdakı vəziyyətə xarici müdaxilənin yolverilməzliyi barədə açıqladığı mövqeyini xatırladıb: "Güman edirəm ki, bu, Rusiyanın öz hərəkətlərinə aiddir"

Rusiya və Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və xarici təhdidlər olduqda onların bir-birlərinə yardım etmək öhdəliyi var. Belarusdakı seçki saxtakarlığına qarşı etirazlar fonunda Lukashenka Belarusun qərb qonşuları tərəfindən bu cür təhdidlərin olduğunu bəyan edir. Cümə günü etdiyi çıxışında Lukashenka qərb sərhəddəki vəziyyətin gərginləşəcəyi halda Rusiyanın silahlı qüvvələrinin ölkəyə daxil olacağına faktiki razılaşıb.

Bu arada Rusiya mənbələri xəbər verir ki, müxalifətin yeni aksiyaları ərəfəsində Putin Lukaşenkoya zəng vurub. Telefon danışıqlarının təfərrüatları açıqlanmır. (Virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir... – Bəs niyə heç kim məculiyyətə cəlb edilmir?

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar