Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Əliyev Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyin olundu

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, yeniliklər və innovasiyaların tətbiq olunması, o cümlədən kadr islahatlarının aparılması barədə nazirlik tərəfindən ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

PİA.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, Qabil Həmzə oğlu Əliyev nazirliyin İcra Baş idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmış, həmçinin elmi fəaliyyətlə də məşğul olmuşdur. O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur.

2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışıb. Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılmış, analitik təhlil sahəsində xüsusi bacarıqları və işgüzarlığı ilə fərqlənmişdir.

Hərtərəfli islahatlar dövründə Q.Əliyevin məhz bu keyfiyyətləri və iş tərcübəsi nəzərə alınaraq həmin qərar qəbul olunub.

Hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir. (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar