Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qubadlı rayon sakini Ramin Qasımlı tutulub.

Şəxsi axtarış zamanı onun üzərindən 2 qram psixotrop maddə metamfetamin aşkar edilib.

Ramin Qasımlının idarə etdiyi “Lada” markalı avtomobilin yük yerindən isə 12 kiloqram heroin və üç kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Sonuncu əməliyyat nəticəsində 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Yardımlı rayonunda qəbul edib və Sumqayıt şəhərinə gətirərək satışını təşkil etmək istəyib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ramin Qasımlı tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar