Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın Azərbaycana hərbi  müdaxiləyə cəhd etməsini belə gözləməliyik” - Politoloqdan Şoyqunun səfərinə şərh

Türkiyə ilə Azərbaycan arasında inkişaf edən hərbi əməkdaşlıq Moskva ilə Bakı arasında hansı problemlərə səbəb ola bilər?.

Azər Qasımov: “Əgər Azərbaycan fikrindən dadaşınmazsa daha ciddi hadisələrin baş verəcəyini güman edirəm. Bu çevrilişə cəhd də ola bilər və əgər bu cəhd alınmazsa Rusiyanın hərbi müdaxiləyə baş vurmasını belə istisna etmək olmaz və bu gözləniləndir”.

Rusiya müdafiə naziri Serqey Şoyqunun Bakıya gəlişini rəsmi olaraq hər il keçirilən hərbi dəniz oyunları ilə əlaqəli açılışda iştirak ilə əlaqəli olduğu deyilir. Bunun həqiqətən də belə olduğu fikrindəyəm”.

Bu sözləri politoloq Azər Qasımov Rusiya müdafiə naziri Serqey Şoyqunun Bakı səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiyanın Müdafiə naziri Sergey Şoyqu dünən Azərbaycanda işgüzar səfərdə oldu. Dünən Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdə olub. Lakin bu səfərdən sonra belə bir iddia irəlü sürüldü ki, Rusiyanın Müdafiə naziri Türkiyə ilə Azərbaycan arasında artan hərbi əməkdaşlıdan narahat olduğu üçün Bakıya gəlib.

Onu da qeyd edək ki, Sergey Şoyqu Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşdə Rusiyanın Ermənistana silah tədarük etməsi barədə məlumatlara münasibət bildirib. Rusiyanın hərəkətlərinin heç vaxt və indi də qonşu və tərəfdaş ölkə olan Azərbaycana qarşı yönəlmədiyini və Rusiyanın Cənubi Qafqazda gərginliyin artmasında maraqlı olmadığını vurğulayan sözü gedən 400 ton yükün Ermənistandakı Rusiya hərbi bazasında sosial obyektlərin tikintisi üçün yollanıldığını bildirib.

Türkiyə ilə Azərbaycan arasında inkişaf edən hərbi əməkdaşlıq Moskva ilə Bakı arasında hansı problemlərə səbəb ola bilər və bu Qarabağ münaqişəsinə necə sirayət edə bilər? Həmçinin Şoyqu Bakıda bildirib ki, Rusiyanın Ermənistana 400 ton silah verməsi həqiqətə uyğun deyil. Rusiya Müdafiə nazirinin bu fikirləri nə qədər səmimi və doğrudur?

Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Şoyqunun Ermənistana təyyarələrlə silah yox, inşaat materialları daşıması fikrinə şübhə ilə yanaşıram və hətta bunu bizə qarşı hörmətsizlik kimi qəbul edirəm”.

Rusiyanın Türkiyənin Azərbaycana hərbi cəhətdən yerləşməsini və hətta deyilən kimi burda hərbi baza qurmaq istəməsini sakitliklə qəbul edəcəyini gözləməyi sadəlövhlük kimi qiymətləndirən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan rəhbərliyinin burda Tükiyə hərbi bazasını yaratmaq fikri varsa, o zaman regionda vəziyyətin gərginləşəcək, 5-ci kolonun aktivləşəcək. Politoloqun fikrincə Rusiya daha ciddi hadisələrə imza ata, hətta çevrilişə, alınmasa hərbi müdaxiləyə belə cəhd edə bilər:

Rusiya müdafiə naziri Serqey Şoyqunun Bakıya gəlişini rəsmi olaraq hər il keçirilən hərbi dəniz oyunları ilə əlaqəli açılışda iştirak ilə əlaqəli olduğu deyilir. Bunun həqiqətən də belə olduğu fikrindəyəm, amma bu görüşdən istifadə edib Rusiya rəhbərliyinin hansısa fikirlərini də, Şoyqunun cənab Prezident İlham Əliyevə çatdırması da mühtəməldir. Son dövrlər Tovuz döyüşlərindən sonra Türkiyənin Azərbaycanda artan aktivliyi, Türkiyə rəhbər şəxslərinin bəyanatları, müdafiə naziri Hülusi Akarın Bakıya səfəri təbii ki, Moskvada narahatlıq doğurmaya bilməz.

Bu gün XİN rəhbəri Ceyhun Bayramov da Moskvaya səfər edərək Rusiya XİN rəhbəri Lavrovla görüşəcək. Bu baxımdan hesab edirəm ki, Moskva bu görüşdən bir gün qabaq öz mesajlarını Bakıya yollayıb ki, Azərbaycan tərəfi bu görüşə hazırlıqlı gələ bilsin. Söhbətin nədən gedəcəyi haqda məlumatlı olsun.

Azər Qasımov: “Rusiyanın nə deməsindən asılı olmayaraq biz Türkiyə ilə istər hərbi texniki, istərsə də digər sahədə əlaqələrimizi daha da yeni səviyyəyə çıxarmalıyıq”.

Onu da qeyd edim ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının genşlənməsi Rusiyanın strateji maraqlarına uyğun deyil və hətta bu maraqlara ziddir. Hesab edirəm ki, Moskva görüşləri gərgin keçəcək. Rusiyanın Türkiyənin Azərbaycana hərbi cəhətdən yerləşməsini və hətta deyilən kimi burda hərbi baza qurmaq istəməsini sakitliklə qəbul edəcəyini gözləmək sadəlövhlük olardı. Azərbaycan rəhbərliyinin əgər belə bir fikri varsa və bu fikir görüşdə Lavrova deyiləcəksə, o zaman regionda vəziyyətin gərginləşəcəyini, 5-ci kolonun aktivləşəcəyini proqnoz etmək elə də çətin deyil. Əgər Azərbaycan fikrindən dadaşınmazsa daha ciddi hadisələrin baş verəcəyini güman edirəm. Bu çevrilişə cəhd də ola bilər və əgər bu cəhd alınmazsa, Rusiyanın hərbi müdaxiləyə baş vurmasını belə istisna etmək olmaz və bu gözlənindir. Bu baxımdan hazırlıqlı olmalı, Türkiyə dövləti ilə hər an əlaqədə olmalıyıq.

Şoyqunun Ermənistana təyyarələrlə silah yox inşaat materialları daşıması fikrinə şübhə ilə yanaşıram və hətta bunu bizə qarşı hörmətsizlik kimi qəbul edirəm. Rusiya Ermənistanı daim silahlandırır. Əslində Şoyqunun bu fikrini keçmiş Ermənistan prezidenti Sarkisyan: “Rusiya Ermənistana 2013-cü ildən bu yana 50 min tondan çox silah verib”, deməsi ilə təkzib edib. Bu baxımdan Rusiyanın nə deməsindən asılı olmayaraq biz Türkiyə ilə istər hərbi texniki, istərsə də digər sahədə əlaqələrimizi daha da yeni səviyyəyə çıxarmalı, Türkiyə və Azərbaycanın vahid konfederativ dövlət altında birləşməsini təmin etməliyik”.

Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramovun bu gün Rusiya paytaxtına etdiyi ilk rəsmi səfəri kifayət qədər həssaslıqla izlənilir. Çünki iki qonşu ölkə arasında müzakirəsi və aydınlaşdırılması vacib olan çox ciddi məsələlər var.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar