Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Fikrət Qocaya zəng etdi

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocaya telefonla zəng edib.

PİA.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Fikrət Qocanı yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğulayıb. Dövlət başçısı Fikrət Qocanın “İstiqlal” ordeni ilə təltif olunduğunu deyib və bu münasibətlə də təbriklərini çatdırıb.

Xöş sözlərə və təbriklərə görə dərin minnətdarlığını bildirən Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif olunmasını dövlət tərəfindən onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib. Ulu Öndərin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan Fikrət Qoca Ümummilli Liderlə görüşlərini məmnunluq hissi ilə xatırlayıb. Fikrət Qoca bu ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və bir daha göstərilən diqqətə görə minnətdarlığını bildirib.

pia.az


Etiket: Fikrət Qoca


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar