Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail daha 4 müsəlman ölkəsi ilə saziş imzalayır 

İsrail kəşfiyyatının (MOSSAD) rəhbəri Yossi Koen Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəsilə Sudanın Təhlükəsizlik Şurası sədrinin köməkçisi Məhəmməd Həmdam Daqalo ilə görüşüb.

PİA.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “Al-Araby Al-Jadeed” saytı məlumat yayıb.

Məlumata görə, görüşə BƏƏ-nin Milli Təhlükəsizlik Xidmətinin müşaviri Təxnun bin Zayed də qatılıb. Görüşdə Sudan və İsrail arasında normallaşma prosesini nəzərdə tutan sazişin imzalanması məsələsi müzakirə edilib.

Sudan Təhlükəsizlik Şurasının sözçüsü Məhəmməd əl-Fəqi isə bu barədə yayılan məlumatları təkzib edərək, belə bir görüşün keçirilmədiyini bildirib.

Digər yandan, “Röyter” ABŞ hökumətinin İsrail və ərəb ölkələri arasındakı vasitəçilik missiyasını davam etdirdiyi haqda məlumat yayıb. Belə ki, ABŞ Dövlət katibi Mayk Pompeonun bu məqsədlə bu gün İsrail və BƏƏ-yə səfər edəcəyi açıqlanıb. Pompeonun bu iki ölkə ilə yanaşı Bəhreyn, Oman, Qətər və Sudana gedəcəyi də gözlənilir.

Pompeodan sonra ABŞ prezidentinin kürəkəni, Ağ Evin müşaviri Jared Kuşner, habelə rəsmi Vaşinqtonun beynəlxalq müzakirələr üzrə rəsmi nümayəndəsi Avi Berkovitzin sentyabr ayında Yaxın Şərqə gələcəyi deyilib. Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn və Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun da bu səfərdə iştirak edəcəyi bildirilib.

pia.az


Etiket: İsrail

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar