Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahar Muradova Ramiz Mehdiyevin nəvəsinin toyunda olub? — Özündən açıqlama

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

PİA.az xəbər verir ki, B.Muradova özünün sosial şəbəkə hesabında yazıb:

"Mən bir qayda olaraq ictimai rəyi və onu nəzərə almağı vacib hesab etmişəm. Hər zaman insanların istənilən məsələ ilə əlaqədar öz fikirlərini İfadə etməyə olan haqqına hörmətlə yanaşmışam. Hətta şəxsimə yönəlik kəskin tənqidi mövqe və ya qərəzli fikirlərə etik çərçivələrə sığmadığı hallarda belə dərhal reaksiya verməyin tərəfdarı olmamışam.

Bir növ dözümlü olmağın səbrsiz və düşünülməmiş hərəkətlərdən üstün olduğu qənaətində olmuşam. Son sözünü əvvəldə deyənlərin heç də yaxşı olmayan aqibətləri də mənim bu qənaətimi möhkəmləndirməkdədir.

Bir də ki, tədbirli adamların hec vaxt yalanları isbatlamağa çalışmamasının doğru yol olduğuna inanıram. Çünki söylənilənlərin həqiqət olmadığını hər kəsdən daha yaxşı o bilir. Yalançılar isə bir qayda olaraq dəlil sübutsuz olduqlarından bir yalanı min dəfə söyləməklə məqsədinə catacağını düşünür.

Bir də ki, səsi özünə xoş gələn zəvzəklərin xorda, özü də xaric oxuduqlarını anlatmaq cox cətin məsələdir və faydasız bir işdir. Nəhayət sözüm mənə qulaq asanlara deyil, dinləyib eşidənlərədir. Dəyərli soydaşlar, sizi bildiklərinizə bir daha əmin etmək istəyirəm ki, pandemiya başlayandan bu günədək heç bir kütləvi tədbirdə, o cümlədən toy, nişan və yas mərasimində iştirak etməmişəm. Baxmayaraq ki, son iki ayda doğmalarımdan iki əziz insanı itirmişəm. Bu barədə nə məlumatın yayılmasına, nə də ki, yas mərasımlərinin keçirilməsinə imkan verməmişəm.

Koronavirus səbəbindən coxsaylı itkilərimz, eləcə də İyul Şəhidlərimizə rəğmən şadyanalıq etməyə, üstəlik də insanların həyatını təhlükəyə atmağa gec bir lüzum görmürəm. Bunu məsuliyyətsizlik, öz istəklərini hər şeydən üstün tutmaq kimi dəyərləndirir, möhtərəm Prezidentimizin bu məsələlərə dair mövqeyinə zərbə kimi qəbul edir və belə tədbirlərə aidiyyəti olmayan adamları dəvət edib gündəmi dəyişənləri şiddətlə qınayıram. Yalan-palan həvəskarlarını isə nəhayət bu yoldan dönməyə,cəmiyyətimizi,ayrı ayrı insanları hədəf secərək hec bir cərcivə gözləmədən əndazəni aşan hərəkətlərdən cəkinməyə çağırıram.

Son iki gün ərzində mənim ünvanıma öz düşüncələrinə və mahiyyətlərinə uyğun fikirlər səsləndirən, status ,şərh və açıqlamalarla çıxış edən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar