Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən hər kəs cavab verməlidir – Səməd Seyidov

Bir tərəfdən erməni təcavüzü, digər tərəfdən pandemiya ilə ciddi mübarizə aparırıq. Ona görə də biz qaydalara, dövlət başçısının verdiyi tapşırıqlara çox yüksək səviyyədə və ciddi riayət etməliyik.

Bunu Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər arası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Millət vəkili bildirib ki, qaydalara hər kəs ciddi şəkildə əməl etməlidir:

”Bu günlərdə toy mərasimlərində iştirak etmiş məmurların və bəzi millət vəkilərinin iştirakını eşitdik, keçirdiyimiz görüşlərdə də həmin məsələ ilə bağlı suallara cavab verməyə məcbur olduq. Ona görə ki, bu cür davranış qəbuledilməzdir”.

Deputat qeyd edib ki, millət vəkili Siyavuş Novruzovun və bir neçə yüksək səviyyəli məmurların məlum toyda iştirakı insanlar tərəfindən həddən artıq mənfi hal kimi qarşılanıb:

“Çünki hər kəs qanuna tabe olmalıdır. Biz tez-tez beynəlxalq münasibətlərdə ikili yanaşmaları görürük və qarşılaşırıq. Məhz bu gün müəyyən vəzifə sahiblərinin belə bir addım atması da ikili standartlar kimi qəbul olunur. Belə tədbirlərdə iştirak edən hər kəs - millət vəkilləri, yüksək vəzifəli məmurlar qanun qarşısında ciddi cavab verməlidirlər".(teleqraf)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar