Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əl-Cəzirə"də işləyən azərbaycanlı jurnalist Qətərdə prezident seçildi

Aysəba Umutlu: "Uşaqlıqdan bəşəriyyətə faydalı olmaq istəmişəm". 

Bir neçə gün öncə azərbaycanlı xanım jurnalist Aysəba Umutlu "Yaxın Şərq Liderlik Akademiyası"nın (MELA) 2020-2022-ci illər üçün Qətər üzrə prezidenti seçilib. Aysəba Umutlu təşkilatda yeganə ərəb olmayan prezidentdir.

Xatırladaq ki, Aysəba Umutlu həmçinin dünyanın ən tanınmış media qurumlarından olan "Əl-Cəzirə"də çalışan yeganə azərbaycanlı jurnalistdir.

Musavat.com-un əməkdaşı Aysəba Umutlu ilə müsahibəni təqdim edir:

- Ayseba xanım, prezidenti seçildiyiniz "Yaxın Şərq Liderlik Akademiyası" hansı işləri görür? Sizin bu quruma prezident seçilməyiniz nələri dəyişəcək?

  • “Yaxın Şərq Liderlik Akademiyası” 2010-cu ildə Ərəb və Amerikanın biznes menecerləri tərəfindən məhz Yaxın Şərq liderlərini birləşdirmək üçün yaradılıb. Bu gün MELA dünyanın 47 ölkəsini əhatə edən 4 şəbəkədən biridir. Bu, qlobal şəbəkə üzvlərinin liderlik, şəxsi, professional inkişaf və biznes imkanlarını genişləndirməyi hədəfləyir. Bizim üzvlərimiz əsasən aparıcı biznes adamları və gələcəkdə lider olmağa iddia göstərən gənclərdir.

MELA hansı ölkələri əhatə edir?
 
Yaxın Şərq və Şimali Afrika regionunun 14 ölkəsini əhatə edir və hər ölkədən üzvlər prezidentliyə namizədliyini irəli sürürlər. Prezidentliyə seçilən üzvlər təşkilatın həmin ölkədəki fəaliyyətlərini könüllü olaraq iki il müddətinə icra edirlər.
Təşkilata Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Misir, Livan və İordaniya üzrə ərəb liderlər seçilib. Qətər üzrə isə mən seçildim.

- Bundan sonrakı hədəfləriniz, gözləntiləriniz nədir?

- Qətərdə fəaliyyətimizi daha da genişləndirməyi, aktivləşdirməyi hədəfləmişəm. Xanımların fəal iştirakı, yerli və beynəlxalq əməkdaşlıqların qurulması, müxtəlif layihələrin həyata keçirilməsi əsas prioritet istiqamətlərimdir. İstəyərdim ki, görəcəyim işlərin özü danışsın.

Əslində, özümdən daha böyük gözləntilərim var və hər nə əldə etsəm yenə qane olmuram. Bir şeyi arzu edirəm, məqsəd qoyuram, çalışıram. Bir məqsədimə çatdıqdan sonra isə digərinə keçirəm. Bütün bunlara səbəb yəqin ki, böyüdüyüm ailə mühiti olub. Mən hələ uşaq vaxtlarımdan bəşəriyyətə faydalı bir insan olmaq istəmişəm. İnsanların daha böyük işlər görə biləcəklərinə inanmışam.

Ancaq bu, heç də asan bir həyat deyil. Mənə və ailəmə yaxın olan insanlar həyatımızın necə əziyyətli, necə çətin olduğunu çox gözəl bilirlər.

Ona görə də bu təbrik mesajlarını yalnız mən yox, bütün ailəm, hətta dostlarım da alırlar.

Onlardan biri uğurun əsl düsturu sayıla bilər. Türk rəfiqəm bir dəfə mənə demişdi: “Hər zaman əzm zəfərin başlanğıcıdır. Aysəba, sən çox əzmli qızsan, buna görə də uğurlar sənin olur". Mənə elə gəlir ki, bu, həqiqətən belədir, uğurun ən böyük sirri əzm və təhsildir.

Güclü olmaq, özünə güvənmək, öyrənmək, yaxşı insan olmaq üçün əzm göstərmək, çalışmaq lazımdır. Ümidləri kimlərəsə deyil, məqsədlərə bağlamaq lazımdır və o zaman uğur mütləq sizi tapacaq.

- Uğur qazanmaqda daha nələrə və yaxud kimlərə borclusuz?

- Uğur qazanmağımda atamın gördüyü işlər mənə çox böyük ilham verib və örnək olub. O istəməsə də mən onun yolunu gedirəm və bunu da sevərək edirəm. Ancaq bəlkə də atam getdiyi yolun nə qədər çətin olduğunu bildiyi üçün mənim bu sahədə olmağımı istəməyib. Buna rəğmən atamın sevincinin şahidi oluram və bu da məni sevindirir. Ona görə də həyatda qazandığım hər bir uğurun zərrə qədərinə görə valideynlərimə, ailəmə və hər zaman yanımda olub, mənə dəstək olan dostlarıma borcluyam.

- Bildiyim qədər "Əl-Cəzirə" televiziyasında da ilk azərbaycanlı jurnalist sizsiniz. Oradakı fəaliyyətiniz davam edirmi?

- "Əl Cəzirə" kanalında təxminən 3 il fəaliyyət göstərdim. Hazırda pandemiya ilə əlaqədar fəaliyyətimi müvəqqəti dayandırmışam. Ancaq MELA-da fəaliyyətim könüllü fəaliyyət olduğu üçün onu harada çalışmağımdan asılı olmayaraq, davam etdirəcəm. Bəli,
kanalın yeganə azərbaycanlı əməkdaşı mən idim və bu onlarda böyük maraq doğururdu.

- Qətərdə yüksək vəzifələrdə çalışan azərbaycanlıların sayı yetərincədir?

  • Qətərdə təxminən 300-ə yaxın azərbaycanlı var. Mənim üçün daha qürürverici məqamlardan biri də həmyerlilərimizin yüksək postlarda təmsil olunmasını, peşəkar, önəmli keyfiyyətlərə malik olmalarını görməkdir.
    Burada maraqlı məqamlardan biri də biz azərbaycanlıların həm bir-birimizlə, həm də səfirliklə sıx, ailə münasibətində olmağımızdır.

pia.az 


Etiket: Aysəba Umutlu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar