Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağın Azərbaycanlı İcması erməni təxribatını pisləyən bəyanat yayıb

"Təcavüzkar Ermənistan Azərbaycana qarşı hədə və təhdidlərini davam etdirir. Son günlər, belə bir təhdid Azərbaycanın tarixi şəhəri Gəncənin vurulacağı ilə bağlı yayılıb. Ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış cinayətkar rejim vasitəsilə səsləndirilən bu bəyanat Ermənistanın ölkəmizə qarşı təcavüzünün, nifrətinin, azərbaycanofobiyanın növbəti təzahürüdür".

Bu cümlələr Dağlıq Qarabağın Azərbaycanlı icmasının yaydığı bəyanatdandır.

Bəyanatda daha sonra deyilir:

Gəncə kimi qədim tarixə malik, dünya mədəni irsində xüsusi yeri olan şəhərin hədəf seçilməsi Ermənistanın insanlıq əleyhinə yönəlmiş təhlükəli siyasətindən xəbər verir. Bu bir daha onu göstərir ki, Ermənistan terror və vandalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və bu gün də həmin xətti israrla davam etdirir.

Son günlərdə yayılmış Ermənistanın milli təhlükəsizlik strategiyası sənədində də bu öz təsdiqini tapıb. Bəşəriyyət tarixində mühüm rolu olmuş qədim sivilizasiyanın məhv olmasına sevinən Ermənistan rəhbərliyindən ayrı nəsə gözləmək mənasızdır. İşğalçı Ermənistan dağıtdığı, məhv etdiyi həyat və irsimiz üzərində də öz “rifahını” qurmağa çalışır.

Bir tərəfdən Gəncənin mülki əhalisini qırğına məruz qoymaqla təhdid edən bu ölkə, digər tərəfdən işğal etdiyi ərazilərimizdə yaşayan “mülki əhalinin qorunması” üçün yeraltı sığınacaqlar tikir. Bu onu göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və ölkəmizə qarşı yeni hücumlar üçün fürsət və bəhanələr axtarır.

Biz münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və Dağlıq Qarabağın erməni icmasının azərbaycanlı icma ilə bərabər ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birlikdə yaşamasını dəstəkləyirik.

pia.az 


Etiket: Bəyanat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar