Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin edilib.
Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib. Məlumata görə, bu barədə birlik rəhbəri Ramin Bayramov avqustun 7-də əmr imzalayıb.
Əmrə əsasən, Həsənov Fərhad Rüfət oğlu xəstəxananın direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, bir müddət əvvəl adıçəkilən xəstəxananın direktoru Kabus Dadaşov vəzifəsindən azad olunmuşdu.
pia.az