Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyada yeni ordu qurulur: Zabitləri Türkiyədən, təcrübəsi Azərbaycandan, pulu Qətərdən

Liviyada general Həftər tərəfindən işğal edilən bir çox bölgənin xilas olunmasında xüsusi rol oynayan Türk ordusu ölkənin müdafiə sisteminin qurulmasında ikinci mərhələyə başlayır.

PİA.az Ovqat.com-a istinadən xəbər verir ki, növbəti mərhələdə 1993-ci ildə Türk hərbçilərinin Azərbaycan təcrübəsinin Liviyaya transfer edilməsi nəzərdə tutulur.
 
Türkiyənin “Yeni şəfəq” nəşrinin məlumatına görə, TSQ “Azərbaycan təcrübəsi” deyərkən qardaş ölkənin hərbi akademiyalarında oxuyan 192 liviyalı tələbənin iştirakı ilə Liviya ordusununun qurulmasından söhbət gedir. Türk hərbi akademiyalarının məzunu olan həmin zabitlərin komandanlığı altında qurulan əsgəri birliklər silah, sursat və digər avadanlıqlarla da təchiz olunacaqlar. Beləcə, Türkiyə ordusunun Baş qərargahı 1993-cü ildəki Azərbaycan təcrübəsini Liviyaya transfer edəcək.


Türkiyə Milli Müdafiə naziri Xülusi Akarın və Baş qərargah rəisi general Yaşar Gülərin bununla əlaqədar dünən səfərdə olduqları Tripolidə mühüm müqavilələr imzaladıqları bildirilir. Akar və Gülərin Liviya Milli Konsensus Hökuməti ilə görüşlərində Qətər Müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyya iştirak edib. Bu da Liviya ordusunun formalaşmasının maliyyələşdirilməsində Qətərin mühüm rol oynayacağını göstərir.
 
Nəşr iddia edir ki, dünən nazir Akarın qətərli həmkarı Atiyyə və Liviyanın Baş naziri Fayiz əs-Sərrac ilə görüşləri zamanı Liviya ordusunun quruculuğu və son vəziyyəti ətraflı müzakirə olunub. Görüşlərdən sonra Liviya Müdafiə nazirinin müavini Səlahəddin ən-Nəmruş “təlim və məsləhət sahələrində hərbi təsisatlar qurmaq məqsədilə Liviyaya dəstək vermək üçün Türkiyə və Qətər Müdafiə nazirləri ilə razılıq əldə olunduğunu” açıqlayıb. Nəmruşun dediyinə görə, bu razılıq çərçivəsində məsləhətçi və hərbi əməkdaşların Liviyaya göndərilməsinə qərar verilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar