Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TN: Şagirdlərin zəruru fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılır

“Təhsil İnstitutunun təklif etdiyi variantlarda “sarı” zonalarda uşaqların təhsil müəəssisələrində təhsilə cəlb olunması məqbul sayılır”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, əsas problem ümumi təhsildir: “Təhsil İnstitutu onun səviyyələr üzrə paylanmasını təklif edir: İbtidai təhsil səviyyəsində öyrənmə bacarıqları kifayət qədər formalaşmayıb. Ümumilikdə hər iki region, yəni “sarı” və “narıncı” zona üçün hibrid formada dərslərə qoşulma təklif edilir. Nəzəriyyə hissəsi, izaha ehtiyac olan hissə virtual formada, praktik hissə isə məktəbdə daha az sayda şagirsdərlə təşkil oluna bilər”.

O bildirib ki, şagirdlərin daha zəruri fənlər üzrə, həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır: “Daha yuxarı siniflərin həftədə 1-2 dəfə gəlməsi planlaşdırılır. İşçi qaydada tədris planları hazırlamışıq ki, hansı fənlər virtual və praktiki dərslərə bölüşdürülsün. Bu, hələ müzakirə mərhələsindədir. Bunlar arzu etmədiyimiz variantdır, amma hələ ki, mümkün variantlardır”.

V. Yaqublu deyib ki, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində də dərslərin nəzəri hissələrin virtual formada, praktiki biliklər tələb edənlərin məktəblərdə keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ali təhsillə bağlı isə virtual öyrənmənin ön plana çəkilməsidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar