Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Operativ Qərargah iddialara cavab verdi - Foto

Bəzi Kütləvi İnformasiya Vasitələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar mütəmadi olaraq təşkil olunan brifinqlərində ölkədə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına riayət edilməməsi barədə məlumatlar yayılır. Həmin məlumatlarda brifinqə dəvət olunan jurnalistlərin, video və foto çəkiliş qruplarının, həmçinin brifinqdə iştirak edən rəsmi şəxslərin məsafə gözləmədiyi, qoruyucu tibbi maskalardan, eləcə də dezinfeksiya məhlullarından istifadə edilmədiyi bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsindən bildirilib ki, koronavirus infeksiyası ilə yoluxma halları, karantin rejiminin tələbləri nəzərə alaraq, bir məkanda çox sayda insanın toplaşmamasını təmin etmək məqsədilə Operativ Qərargahın brifinqlərinin təşkil edildiyi zal iki ayrı-ayrı hissəyə ayrılıb.

“Brifinqə dəvət olunanların çıxışlarının, həmçinin KİV təmsilçilərinin suallarının verilməsinin zalın hər iki hissəsində yayımlanması üçün xüsusi monitorlardan və texnikadan istifadə olunur. Brifinqlərə dəvət olunan bütün şəxslərə məkana girişdə qoruyucu tibbi maskalar, əlcəklər təqdim edilir, zalda dezinfeksiya məhlulları qoyulur. Məkana daxil olan şəxslərin girişdə bədən hərarəti ölçülür. Zaldakı oturacaqlar brifinqdə həm KİV qarşısında çıxış edənlər, həm də media təmsilçiləri arasında müvafiq məsafə tələbinə riayət olunmaqla yerləşdirilir. Həmin oturacaqların arxasında dayanan, canlı yayımı və jurnalistlərin reportajları üçün lazım kadrların alınmasını təmin edən videoçəkiliş qrupları arasında da məsafənin gözlənilməsi üçün şərait yaradılıb. Belə ki, hər bir operator üçün yerlər xüsusi lentlərlə ayrılıb”, - deyə bildirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsindən onu da qeyd ediblər ki, brifinqə dəvət olunan çıxışçılar isə əvvəlcədən COVİD-19 ilə bağlı testdən keçir: “Çıxışçılar zala daxil olarkən bir qayda olaraq mütləq tibbi maskalardan istifadə edirlər. Çıxışları zamanı isə rahat ünsiyyətin qurulması üçün həmin maskanı çıxardırlar, lakin onların masaları arasında lazımi məsafə gözlənilir. Onu da qeyd edək ki, brifinqlərin keçirildiyi məkan tədbirdən əvvəl hər dəfə dezinfeksiya edilir. Bura dəvət olunan media nümayəndələrinin mütəmadi COVİD-19 ilə bağlı müayinələrdən keçirilməsi də təmin olunur”.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar