Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir Kəmər Bir Yol” və Beyrut partlayışı: Hadisə, yoxsa hücum?..

Atlantik güclərinin hədəfindəki İran, İraq, Suriya, Livan, Kipr, Liviya və Türkiyədə dəfələrlə məğlub olan ABŞ və Fransanın son çırpınışlarına şahid oluruq...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 17 avqust 2020-ci il

Bildiyimiz kimi, dünyamız tək qütblü dünyadan çox qütblü formaya keçməyə hazırlaşır. Atlantik-Avrasiya qüvvələrinin yaratdığı qütbləşmə son bir ildir Şərqi Aralıq dənizində hesablaşmalar aparır. Görəsən, Livanın paytaxtı Beyrutda baş vermiş dəhşətli partlayışın bu qütbləşmə və hesablaşmalarla bir əlaqəsi ola bilərmi?

Atlantik güclərinin hədəfindəki İran, İraq, Suriya, Livan, Kipr, Liviya və Türkiyədə dəfələrlə məğlub olan ABŞ və Fransanın son çırpınışlarına şahid oluruq. Qərbi Asiya ölkələri ABŞ, onun tərəfdaşı Fransa, İngiltərə və İsrailə qarşı güclü bir müqavimət qalası yaradırlar. Beyrut limanı Şərqi Aralıq dənizində Qərbi Asiyaya açılan bir qapı idi. O, eyni zamanda Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün Aralıq dənizinə açılan qapısıdır.

Bəs partlayışa nə səbəb oldu? Bu bir hücum idi, yoxsa başqa səbəblər də var? Bu mövzuda bir çox iddialar irəli sürülür. İddiaları sadalamaq əvəzinə, partlayışın addım-addım baş verməsi ilə bağlı faktları gözdən keçirmək daha məqsədəuyğun olar.

İqtisadi böhran vasitəsilə qeyri-sabitləşdirmə

1975-1990-cı illərdə baş verən vətəndaş müharibəsindən sonra Livan iqtisadiyyatının məhv edilməsi, daha sonra 2006-cı ildə İsrail ilə Hizbullah arasındakı qarşıdurmalar, 2011-ci ildə Suriyada başlayan imperialist hücumun təsirləri və ardınca gələn ABŞ sanksiyaları ölkəni viran qoyub.

Digər tərəfdən, Fransanın ev sahibliyi etdiyi “Livana beynəlxalq dəstək konfransları” da fiasko ilə nəticələnmişdi. Fransa bir həll yolu kimi BVF-ni göstərirdi. Əlbəttə ki, bunu da BVF-nin tələb etdiyi “islahatları” həyata keçirərək edirdi. Üstəlik, bu vəziyyətdə bir razılaşmanın imzalana biləcəyi də vurğulanırdı.

Ölkə miqyasında iqtisadi böhrana və hökumətin ölkədaxili vergi siyasətinə qarşı keçirilən etiraz aksiyaları nəticəsində 29 oktyabr 2019-cu ildə Saad əl-Həririnin Baş nazirlik etdiyi hökumət istefa verdi. 21 yanvar 2020-ci ildə isə Hizbullahın da dəstək verdiyi Həsən Diyabın başçılığı ilə yeni bir hökumət quruldu.

BVF ilə aparılan danışıqlar da nəticəsiz qalırdı. Çünki BVF-nin başçıları olan ABŞ, Fransa və İngiltərənin tətbiq etdiyi “islahatlar” yerinə yetirilmirdi. Üstəlik, həmin vaxt 30 milyard dollardan çox pul da oğurlanmışdı. Livanlıların yarısı yoxsulluq həddində yaşayırdı. Ona görə də, nümayişlər yenidən başladı və ölkə addım-addım vətəndaş müharibəsinə sürükləndi.

Nəsrullah: “BVF ilə mübarizə aparmaq üçün Çinə yönələk”.

Livan Hizbullahının Baş katibi Həsən Nəsrullah 16 iyun 2020-ci il tarixində verdiyi açıqlamada bildirib ki, ABŞ Suriyaya qarşı olan və Livana da təsir edəcək “Sezar Sanksiya Qanunu”nu tətbiq etməyə qərar verdikdən sonra, həm də Livanda iğtişaş yaratmağa çalışıb və bu cür sanksiyalarla onları BVF-dən asılı hala gətirib.

Nəsrullah isə böhrandan çıxış yolunun Çinə yönəlmək olduğunu qeyd edib: “Çinlə əməkdaşlıq imkanlarını müzakirə edərkən gördük ki, Birləşmiş Ştatlar, xüsusən də Dövlət Katibi Mayk Pompeo və Amerika səfiri Doroti Şea vasitəsilə öz qəzəbli reaksiyasını büruzə verir”, deyib və belə bir ortaqlığı Livanın Amerikanın əlindən xilas olmasının sübutu kimi qiymətləndirib.

Pepe Eskobar “asiatimes.com” saytında “Beyrut partlayışından kim qazanc götürəcək?” başlıqlı yazısında deyir: “Amerika Birləşmiş Ştatları, Fransa və Səudiyyə Ərəbistanı bucağının maraqlarına zidd olaraq, Livan üçün təşkil olunan A planına görə, Livan tədricən ABŞ və Fransanın asılılığından çıxaraq birbaşa “Bir Kəmər Bir Yol”a və Şanxay Əməkdaşlıq Təşkilatına yönəlməli olacaq. Orta müddətdə liman və hətta çökmüş şəhərin böyük bir hissəsi Çin sərmayələri ilə sürətli və peşəkar şəkildə yenidən inşa edilə bilər”. Eskobarın məqaləsinin alt başlığı isə belədir: “Partlayışın bir hücumun nəticəsi olduğunu iddia etmək”.

ABŞ-a qarşı olan münasibət

Nəsrullahın ABŞ-a qarşı verdiyi açıqlamadan sonra ABŞ-ın Livandakı səfiri Doroti Şea Səudiyyə Ərəbistanının televiziyası Əl-Hədətə danışıb: “Hizbullahın hökumətin kassasından milyardlarla dollar çəkməsi və Livanın ehtiyac duyduğu bəzi iqtisadi islahatların qarşısını alması ilə bağlı ciddi şəkildə narahatam”, deyib. Bunun ardınca, “Tyr”in müvəqqəti hakimi Məhəmməd Mazeh ABŞ səfiri Şeadan və o cümlədən bütün xarici jurnalistlərdən müsahibə almağı qadağan edib.

Çin səfirinin görüşü

Partlayışdan 1,5 ay əvvəlki hadisələrə nəzər salmağa davam edək. Çinin Livandakı səfiri Vonq Kecien və keçən həftə istefa verən Livan Baş naziri Həsən Diab sentyabrın 3-də Beyrutda görüşüblər. Sentyabrın 7-də Livanda çıxan “Əl-Əkbər” qəzetinin verdiyi məlumata görə, bu görüşdə Diab Livanın Çinin mesajlarını qəbul etməyə və onları işə salmağa hazır olduğunu elan edib. Livan hökumətinə Çindən göndərilən iki məktubda bildirilir ki, maliyyə böhranına baxmayaraq, 10 böyük Çin şirkəti Livandakı infrastruktur layihələrinə investisiya qoymaq istəklərini təsdiqləyib. Məktubda görüləcək işlər də sadalanıb: “Şimaldan cənuba dəmiryolu xəttinin qurulması, Beyrutun böyük ictimai nəqliyyat sistemi və dəmir yolu ilə beynəlxalq quru yolu üçün Beyrut tuneli (Suriya sərhədinə doğru Dəhr əl-Baydar) və ya hamısı birlikdə”.

Atlantikin müşaviri Fransa

22 iyulda Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Beyruta səfər edib. O, Livan Xarici İşlər naziri Nasif Hitti və Livan Prezidenti Mişel Avn ilə görüşüb. Əslində əvvəlki görüşlərindən dediklərindən fərqli bir şey deməyib: “İslahat edin, yoxsa bizdən (BVF-dən) sizə pul gəlməz”. Həmçinin, “özümüzü aldatmayaq, böhrandan çıxmaq üçün Livanın BVF-dən başqa variantı yoxdur”, deyə də əlavə edib.

Bundan sonra isə aqustun 4-də partlayış baş verib və iki gün sonra Fransa Prezidenti Makron Livandakı partlayış bölgəsində gəlib. Makron bir müstəmləkə qubernatoru ədası ilə partlayışdan sonrakı vəziyyətdən öz xeyrinə istifadə etmək fikrində idi. Livandakı siyasi, iqtisadi və sosial rejimin dəyişməsi barədə də ağız dolusu danışdı.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar