Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İki nazir birləşərək Prezidentə bazada aktivləşdirilməyən şəxsiyyət vəsiqəsi verib"

Dövlət Sərhəd Xidməti yeni şəxsiyyət vəsiqələrini sistemə inteqrasiya etməyib...

Bir müddət əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, azərbaycanlı həmkarı ilə görüşdə belə demişdi: "Vizaları ləğv etdik. Amma bu, kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar. ... Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət edə bilmək üçün təkliflərimizi vermişik”.

Nazir Ceyhun Bayramovun bu məsələyə cavabı olmadı, mətbuatda maraq doğursa da, bu günə kimi də Çavuşoğlunun təklifinə rəsmi münasibət bildirilməyib.

Müvafiq nazirliklərin susmağını nəzərə alaraq, şəxsiyyət vəsiqəsi ilə xaricə getməyi mümkünsüz edən səbəbləri araşdırmağa çalışdım.

Prezident İ.Əliyev tərəfindən 15 fevral 2011-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında” Sərəncam imzalandı. Həmin sərəncam icra olunmadığından prezident 28 noyabr 2014-cü il tarixində "Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi haqqında" yeni sərəncam imzaladı.

Sərəncamda yeni şəxsiyyət vəsiqələrinin hazırlanması ilə bağlı işlərin 1 dekabr 2015-ci il tarixinədək başa çatdırılması nəzərdə tutulmuşdu. Hər iki sərəncamdan irəli gələn əsas vəzifələrdən biri, yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması ilə paralel, uyğun dövlət qurumlarının informasiya sistemlərinin bir-birinə inteqrasiyasının təmin olunması idi.

Bunun üçün 28 noyabr 2014-cü il tarixli Sərəncamında Ədliyyə, Səhiyyə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiDövlət Miqrasiya Xidmətinə informasiya sistemlərinin inteqrasiyasını Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etmələri barədə göstəriş verilmişdi (güründüyü kimi, Dövlət Sərhədd Xidmətinin adı yoxdur).


Müvafiq maliyyə vəsaitlərinin ayrılmasına baxmayaraq, inteqrasiya işləri intensiv olaraq aparılmadı və nəzərdə tutulan müddətdə başa çatdırılmadı. Şəxsiyyət vəsiqəsinin tətbiqi üçün vəsait ayrılsa da, verilən tapşırıqlar icra olunmadı və prezident 2015-ci ildə yeni sərəncam imzaladı.

Bu dəfə "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli sərəncamında dəyişiklik edildi və “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilir. Yəni şəxsiyyət vəsiqələrinin verilməsi 2017-ci ilin yanvarına saxlanıldı.

Yenidən DİN, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiDövlət Miqrasiya Xidmətinə (yenə DSX-nin adı yoxdur) tapşırıldı ki, şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədilə görülən tədbirlərlə bərabər vəsiqələrin oxunması üçün müvafiq dövlət informasiya sistemlərinin inteqrasiyasını da 2017-ci il yanvarın 1-dək (əvvəl 2015-ci il dekabrın 1-dək idi) başa çatdırılmasını təmin etsinlər.

Lakin adı çəkilən dövlət orqanları 2017-ci il yanvarın birinə kimi də işlərini tamamlamadı. Beləliklə, şəxsiyyət vəsiqələrinin 2018-ci il yanvarın 1-də verilməsi planlaşdırılsa da, texniki problemlər olduğunu bildirməklə müddəti daha bir il, 2019-cu ilin yanvarın 1-dək uzatdılar.

Ən nəhayət illər sonra 2018-ci ilin avqustun 31-də ilk şəxsiyyət vəsiqəsi prezidentə təqdim olunub. Belə ki, dövlətimizin başçısı şəxsiyyət vəsiqəsi üçün foto çəkdirdi, elektron imza qoydu və bir nömrəli elektron şəxsiyyət vəsiqəsi ona təqdim olundu. Vəsiqəni prezidentə təqdim edən Daxili İşlər naziri Ramil Usubov və İqtisadiyyat naziri Şahin Mustafayev bildirdilər ki, sentyabrın 1-dən Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

Lakin problem bununla da bitmədi. Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri tətbiqinə başlanılsa da, bəlli oldu ki, sənədin fərqləndirici xüsusiyyətlərindən biri hesab edilən çipə əlavə edilən elektron imzada problem yaranıb. Belə ki, yeni şəxsiyyət vəsiqələrində elektron imzanın oxunmadığı və ya aktivləşdirilmədiyi müəyyən olundu. Bu, həm də o demək idi ki, iki nazir birləşərək ölkə başçısına bazada aktivləşdirilməyən şəxsiyyət vəsiqəsi verib.

Bundan başqa, 2019-cu ilin birinci rübünün sonuna kimi yaşayış yerini dəyişmiş və nigaha daxil olmuş kişi cinsindən olan şəxslərə yeni şəxsiyyət vəsiqəsi verilmədi. Bu kateqoriyadan olan kişilərə DİN-in Baş pasport, qeydiyyat və miqrasiya idarəsi tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrindən verilməsindən imtina olunur və köhnə nəsil vəsiqələr verilirdi. Buna qeyri-rəsmi verilən cavablarda səbəb kimi yeni elektron sistemə DİN-in ərazi orqanlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tam, Ədliyyə Nazirliyinin isə qismən qoşula bilmədiyi göstərilirdi.

Bununla belə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən elektron imzaların aktivləşdirilməsi də kifayət qədər aylarla ləngitdı. Yaranmış problemlərə uzun müddət Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyi, ASAN xidmət, XİN, İqtisadiyyat Nazirliyi, DİN və digər nazirliklər cavab verməkdən yayındılar.

Yeni şəxsiyyət vəsiqələrinin hazırlayan, yerli təşkilar kimi fəaliyyətinə sevindiyimiz "İdrak Texnoloji Transfer" firması da baş verənlərər aydınlıq gətirmədi.

DİN-dən daha sonra bildirdi ki, vətəndaşların "elektron imza" vasitəsilə şəxsiyyətlərini təsdiq etmək üçün müraciət etdikləri dövlət idarələri bu imzaları oxuyan avadanlıqları əldə etmədiyi üçün yeni vəsiqələrdə problem yaranır. Əslində bu avadanlıqlar vəsiqə prezidentə verilənə kimi alınmalı, inteqrasiya olunmalı və bundan sonra vəsiqələrin paylanmasına başlanmalı idi.

Göründüyü kimi, prezidentin 2013-cü və 2015 cü ildə imzaladığı, şəxsiyyət vəsiqələrinin müvafiq orqanlarıa inteqrasiyası haqqında normativ hüquqi səndələrə əhəmiyyət verilməyib, ayrılan pullar isə təyinatı üzrə xərclənməyib.

Beləliklə aydın olur ki, şəxsiyyət vəsiqəsi ilə xaricə getməyin mümkünsüzlüyü təkcə siyasi iradə məsələsi ilə bağlı deyil. Həm də bu vaxta kimi Dövlət Sərhəd Xidmətinin yeni şəxsiyyət vəsiqələri ilə bağlı sistemə inteqrasiya olunmaması ilə bağlıdır.

Maraqlıdır, nə üçün qanunda şəxsiyyət vəsiqəsinin xaricə getmək üçün hüquq verən sənəd olması nəzərdə tutulduğu halda, şəxsiyyət vəsiqəsi ilə bağlı hazırlanan sistemə Dövlət Sərhəd Xidmətinin inteqrasiyası nəzərdə tutulmayıb? Qanunun icrasına məsul olan, qanunun tətbiqi ilə bağlı sənədlər hazırlayan məmurlar bu qədər ciddi məsələni niyə diqqətdən yayındırmalı idilər. DSX-nin sistemə inteqrasiyası üçün daha neçə il lazım olacaq və bu mümkün olacaqmı? Yoxsa yeni şəxsiyyət vəsiqələri hazırlamalı olacaqlar?

Nə qədər ki, ölkədə normal islahatlar (o cümlədən kadr islahatları) aparılmır, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin icra vəziyyəti öyrənilmir, hüquq mühafizə orqanlarının rəhbərlərinin hesabatları dinlənilmir, korrupsiya ilə bağlı ictimai rəyə əhəmiyyət verilmir, korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə həyata keçirilmir, qeyri-hökumət təşkilatlarının, müstəqil kütləvi informasiya vasitələrinin məlumatlarına əhəmiyyət verilmir bu vəziyyət davam edəcək. Tətbiq olunmalı olan yeniliklər illərlə əsaslı səbəb göstərmədən uzanacaq və heç kim məsuliyyətə cəlb olunmayacaq.

Əlövsət Əliyev (dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar