Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMİP XI Qurultayını keçirib, Arzuxan Əlizadə sədr seçilib

Ötən gün AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramovun sədrliyi AMİP-in növbəti – XI Qurultayı keçirilib. 
 
Partiyanın Mətbuat Xidmətinin məlumatına görə, videokonfrans formatında baş Qurultayda AMİP Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, təşkilatı məsələlər baxılmış və bir sıra sahələr üzrə bəyanatlar, işçi sənədlər və Qətnamələr qəbul olunub.
 
AMİP Lideri Etibar Məmmədov Qurultaya qatılaraq ölkədəki mövcud ictimai-siyasi durum və partiyanın qarşısında duran vəzifələr, eləcə də sosial-iqtisadi sahədəki problemlər, məmur özbaşınalığı, Dağlıq Qarabağ, Türkiyə - Azərbaycan strateji müttəfiqliyi və bir sıra digər məslələrlə bağlı geniş çıxış edərək partiya rəhbərliyinə və yerli təşkilatlara öz tövsiyələrini verib.


 
Partiya rəhbərliyinin hesabat çıxışlarından sonra AMİP-in üzv olduğu beynəlxalq təşkilatlardan və xarici müttəfiq partiyalardan (Beynəlxalq Demokrat İttifaqı, Avropa Xalq Partiyası, Almaniya Xristian Demokrat İttifaqı, İsveç Moderat Partiyası, İspaniya Xalq Partiyası, Gürcüstan Milli Birlik Hərərkatı),  Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan (BAP, ALDP, AMDHP, Xalq Partiyası, Ağ Partiya, Turan Partiyası, Dünyəvi Bozqurdal Partiyası), ictimai təşkilatlardan, eləcə də Prezident Adminstrasiyasının “Siyasi Partiyalar və Qanunverici Hakimiyyətlə iş şöbəsindən Qurultaya ünvanlanmış təbrik məktubları iştirakçıların nəzərinə çatdırılıb.
 
Daha sonra təşkilati məsələlərə baxılıb, partiyanın sədri, 45 nəfərdən ibarət Mərkəzi Şura üzvləri və 7 nəfərdən ibarət Mərkəzi İntizam Komissiyası formalaşdırılıb.


 
Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədri seçilib.
 
Qurultayın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bəyanatında bu vaxtadək aparılan danışıqların səmərəsizliyi, Dağlıq Qarabağın statusu ilə bağlı Ermənistanin keçmiş və hazırki hakimiyyətlərinin sərgilədiyi qeyri-konstruktiv və aqressiv yanaşmanı nəzərə almaqla bu danışıqların bundan sonra da heç bir nəticə verməyəcəyi diqqətə çatdırılıb, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan səmərəsiz danışıqların dayandırılmasının zəruriliyi qeyd olunub və problemin nizamlanmasının yalnız hərbi-siyasi yolunu məqbul sayıldığı bəyan edilib.


 
AMİP Qurultayı bütün sahələrdə islahatların həyata keçirilməsinə, iqtisadiyyatın ilberallaşdırılmasına, antiinhisar tədbirlərin gücləndirilməsinə, azad rəqabət mühitinin yaradılmasına ehtiyac olduğunu vurğulayaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığına son qoyulması, azad sahibkarlığın inkişafı, mülkiyyət toxunulmazlığı, rüşvət və korrupsiya, təhsil, səhiyyə, kənd təsərrüfatı, təqaüd və müavinətlər, ərzaq təhlükəsizliyi və bir sıra digər məslələrlə bağlı sənədlər qəbul edilib.
 

Sonda özündə Dağlıq Qarabağ problemi, Türkiyə Cümhuriyyəti ilə hərbi strateji müttəfiqlik müqaviləsinin bağlanılması, siyasi sistem və idarəetmə, yerli özünüidarəetmə, Xarici Siyasət və digər sahələri ehtiva edən Qətnamə qəbul olunub.

pia.az


Etiket: AMİP

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar