Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Yunanıstanın dəniz gücləri... 

Melih Yıldız

Anadolu Agentliyi, 14.08.2020-ci il

Son illərdə Şərq Aralıq dənizində baş verən önəmli hadisələr Türkiyə-Yunanıstan münasibətlərində yeni gərginlik dövrünün yaranmasına səbəb oldu. İki ölkə arasındakı bir çox problem, xüsusilə Kipr və Egey dənizindəki hədəflər Türkiyə-Yunanıstan münasibətlərini əməkdaşlığa deyil, münaqişəyə meyləndirir. Bu tendensiya son zamanlar Afinanın Türkiyənin Aralıq dənizinin şərqindəki qanuni hüquqlarının müdafiəsinə verdiyi cavabda özünü göstərir. Yunanıstanın yüksək səviyyəli hərbi və mülki rəsmiləri Türkiyənin bölgədəki aktiv siyasətinə qarşı təhdid dolu açıqlamalar verir. Müdafiə naziri Nikos Panagiotopoulos və Baş Qərargah rəisi Konstantinos Florosun açıqlamaları buna nümunə ola bilər.

Hərbi güc, dövlətlərin xarici siyasətlərini həyata keçirərkən istifadə etdikləri ən təsirli vasitələrdən biridir və təəccüblü deyil ki, Yunanıstan da çox sayda problemi olan bir ölkəyə qarşı siyasətini dəstəkləmək üçün hərbi yola əl atacağı ilə təhdid edir. Ancaq ölkələr həyata keçirdiyi siyasətin uğuru üçün bir vasitə kimi istifadə etmək istədikləri hərbi güclərini yaxşı hesablamalıdırlar. Odur ki, aşağıdakı suallar ortaya çıxır: Yunanıstanın hərbi qüdrəti həqiqətənmi yüksək vəzifəli rəsmilərinin iddia etdiyi qabiliyyətə və potensiala malikdir? Yunanıstanın xarici siyasəti və Şərqi Aralıq dənizi ilə bağlı açıqlamaları hərbi gücünə uyğundurmu?

Yunanıstanın hərbi gücü radikal ritorikasına uyğun deyil

Türk-Yunan münasibətlərindəki problemlərin kökünü Birinci Dünya Müharibəsindən sonra yunanların Anadolu işğalına, 1820-ci illərdəki yunan üsyanına və ya hətta daha geriyə çəkmək olar. Uzun tarixə malik olan bu problemlər iki ölkə arasındakı münasibətlərin əsas xüsusiyyətinə qarşılıqlı inamsızlıq gətirmişdir. Yunanıstanın Türkiyədən sıx bir şəkildə təhdid duyması onun öz hərbi gücünü davamlı şəkildə artırmasına təkan verdi. İki ölkə arasındakı problemlərin əhəmiyyətli bir hissəsinin Kipr və Egey üzərində yaşanması dənizlərdə rəqabətin əhəmiyyətini artırdı.

İki ölkənin dəniz qüvvələri arasında müqayisədə böyük su hərbi platformaları (friqat və korvette) sahəsində Yunanıstanın gücü Türkiyənin təxminən üçdə ikisini qədərdir. Yunanıstanın sualtı qayığına gəldikdə demək olar ki, Türkiyəyə bərabər qüvvəsi var. Yunanıstanın böyüklüyünü və imkanlarını nəzərə alsaq, əhəmiyyətli bir dəniz gücünə sahib olduğunu düşünmək olar. Ətraflı təhlil aparılsa, kağızda belə olsa, iki ölkənin dəniz qüvvələri arasındakı potensial fərqinin daha çox olduğunu göstərir.

Bu fərqin ən vacib səbəblərindən biri də son dövrlərdə Türkiyədə müdafiə sənayesindəki irəliləmələrdir. 2019-cu ildə beş türk şirkəti dünyanın ən yaxşı yüz hərb sənayesi şirkəti arasında yer aldı. Bu və digər şirkətlərin çalışmaları keyfiyyət və kəmiyyət olaraq öncüllüyünü qorumaq və eyni zamanda silah gücünü artırmaq, xarici hərbi güc qaynaqlarından asılılığı azaltmaq sahəsində Türkiyəyə böyük strateji üstünlük qazadırır. Türkiyə dəniz gücünü iki istiqamətdə artırmaq üçün işlərini davam etdirir: yeni hərbi platformalarını inkişaf etdirmək, mövcud platformaları yerli sistemlərlə modernləşdirmək.

Müasir ada tipli korvettelərini əsasən öz imkanları ilə istehsal edən Türkiyədə böyük hərbi gəmilərin düzəldilməsi çox yüksək sürətlə davam edir. Bundan əlavə, Ankara mövcud döyüş platformalarının imkanlarını artırmaq üçün modernləşdirmə layihələrini sürətlə həyata keçirir. Bunun ən vacib nümunələrindən biri donanmanın vacib gəmilərindən biri olan Barbaros tipli friqatların modernləşdirmə layihəsidir. Bununla yanaşı Türkiyənin təkmilləşdirdiyi “Atmaca” tipli raketlər, eləcə də digər silah sistemi ilə birlikdə dəniz gücünü böyütdü və qorudu. Bundan əlavə, I sinif friqat, TF-2000, TCG Anadolu və REİS tipli sualtı gəmi layihələri yaxın gələcəkdə iki ölkənin dəniz qüvvələri arasında güc fərqini daha da artıracaq.

Dəniz döyüşlərində hava gücünün təsiri İkinci Dünya Müharibəsində çox aydın şəkildə özünü göstərdi və bu təsir həmin dövrdən bəri davam edir. Yunanıstan və Türkiyənin hava qüvvələri arasında da dənizdəki güc nisbətinə bənzər vəziyyət mövcuddur. Kağız üzərində Yunanıstanın Türkiyənin dörddə üçündən çox döyüş təyyarələri olduğu görünür. F-16 modellərinin inkişaf etdirilmiş Blok 50 və 50+ modelləri hər iki hava gücünün əksəriyyətini təşkil edir. Hər iki hava gücü AIM-120 AMRAAM kimi müasir hava-hava raketlərindən istifadə edir. Ancaq təfsilatlı bir analiz Türkiyənin hərbi dəniz qüvvələrində olduğu kimi hava qüvvələrində də daha təsirli gücə sahib olduğu ortaya qoyur. Bunun ən vacib səbəbi, dəniz gücündə olduğu kimi, hava qüvvələrində də yerli müdafiə sənayesinin oynadığı roldur. Türkiyə hər iki döyüş təyyarəsinin imkanlarını artırmaq üçün müasir silah-sursat hazırlayacaq bir çox layihələri inkişaf etdirib. Türkiyə kruiz raketləri (SOM raketləri) istehsal edir, hava-hava raket sistemlərini təkmilləşdirir. Türkiyənin İHA / NCV sahəsindəki inkişafını və bu silahların qabiliyyətini Suriyada apardığı döyüşlər bir daha təsdiqləyir. Bundan əlavə, TF-X layihəsi daxili mənbələrlə hava gücünü inkişaf etdirmək və gələcəkdə hava üstünlüyünü qorumaq üçün ən vacib addımlardan biridir. Afinanın bu üstünlüyü kompensasiya etmək üçün öz F-16-larını xarici bir aviasiya şirkətində (Lockheed Martin) modernləşdirməyə qərarı verdi. Bu zaman vacib bir sual yaranır: Yunanıstanın hazırkı hərbi gücünü dəstəkləmək üçün iqtisadi imkanları varmı?

Yunanıstanın iqtisadi, coğrafi və əhali göstəricilərdə kiçik olmasına baxmayaraq, kağız üzərində əhəmiyyətli bir hərbi gücə sahib olduğu və Türkiyədən çox da geri qalmadığı görünə bilər. Bu vəziyyəti dəyişən və iki ölkə arasındakı fərqi böyüdən amil Türkiyənin sürətli iqtisadi böyüməsi və müdafiə sənayesində əhəmiyyətli addım atması oldu. 2001-ci ildə özündən 1.5 dəfə güclü iqtisadiyyata sahib Türkiyəyə qarşı hərbi gücünü gücləndirməsi Yunanıstan üçün çox da çətin deyildi. Bununla birlikdə, 2019-cu ildə iqtisadiyyatının 3,5 qat böyüyən (2013-cü ildə bu nisbət təxminən 4) və əhəmiyyətli bir müdafiə sənayesi infrastrukturuna sahib olan Türkiyə ilə hərbi sahədə rəqabətə girmək xüsusən 2008-ci ildəki böhrandan bəri zəifləyən Yunanıstan üçün olduqca çətindir. Bu vəziyyət hərbi xərclərdə də özünü göstərir. Statistikaya görə, 2019-cu ildə Türkiyənin hərbi xərcləri 20,4 milyard dollara qədər artıb, Yunanıstanın hərbi büdcəsi isə 5.5 milyard dollar olaraq qalıb. Yunanıstanın silah və müharibə üçün inventar saxlama sistemlərini inkişaf etdirmək üçün məhdud büdcəylə Türkiyəyə cavabı da böyük problem yaradır. Bu, önümüzdəki dövrdə iki ölkənin hərbi qüvvələri arasındakı uçurumun artacağını göstərir.

Bu vəziyyət Yunanıstanın həddindən artıq təhdidkar açıqlamalarına baxmayaraq, Şərqi Aralıq dənizində atdığı addımlarda ABŞAvropa Birliyinin (AB) dəstəyini almaq səylərini daha yaxşı izah edir. Bununla birlikdə, yaxın gələcəkdə ABŞ-ın Çinin gücünün artması fonunda daha çox Uzaq Şərqə diqqət yetirməli olacağı və AB-nin Yunanıstana dəstək olmaqdan daha vacib olan məsələlərlə məşğul olacağı təqdirdə, Afina rəhbərliyinin hərbi gücünü ilə xarici siyasətini məqbul bir şəkildə uyğunlaşdırmaq məcburiyyətində qalacaq.

Tərcümə Strateq.az-ındır.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar