Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sevinc Osmanqızı, Həbib Müntəzir və digərlərini Eldar Həsənov himayə edirmiş...” - Sensasion açıqlamalar

"Xaricdən Azərbaycan hakimiyyətinə qarşı söyüş kampaniyası aparan şəxsləri, o cümlədən Sevinc Osmanqızını, Həbib Müntəziri və digər bu kimi şəxslərin idarə etdikləri internet resurslarını Eldar Həsənov himayə edib, onlara gizli şəkildə maliyyə vəsaitləri ötürüb".

PİA.az bildirir ki, bu sensasiyalı fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Hafiz Hacıyev deyib ki, Eldar Həsənov eyni zamanda Azərbaycanda fəaliyyət göstərən və bu gün "media holdinq"lərə çevrilən bir sıra saytları və internet resurslarını da himayə edərək, onları maliyyələşdirib.

Onun sözlərinə görə, Eldar Həsənovun ayrı-ayrı saytlara və internet resurslarına ötürdüyü pulların hamısı Azərbaycanın dövlət büdcəsindən oğurlanmış vəsaitlərdir:

"Fikir verin, Eldar Həsənov tutulan kimi Həbib Müntəzir, Sevinc Osmanqızı və digərləri ağlaşma qurublar, Eldarın müdafiəsinə qalxıblar. Əlbəttə ki, bunun səbəbi var. Çünki Həbibin, Sevincin və digərlərinin pulları kəsilib. İndi bu adamlar Eldar Həsənov kimi oğrunu qəhrəmanlaşdırmağa başlayıblar. Onlara dəstək verən başqa şəxslər də var".

Partiya sədri qeyd edib ki, Eldar Həsənov və bir sıra diplomatlar Azərbaycanın dövlət büdcəsini talayaraq, həmin vəsaitlərin bir hissəsini ölkəmizə qarşı çirkin kampaniyalara sərf ediblər:

"Mən bunu neçə illərdir ki, deyirəm: Azərbaycanın onlarla diplomatı Vətənə, dövlətə xəyanətlə məşğuldur, Azərbaycana qarşı olan qüvvələrə gizli məlumatlar və pullar ötürür. Onlardan biri də Eldar Həsənovdur. Bu adam özünü mafiyoz kimi aparırdı, Baş prokuror olan zaman nə qədər günahsız insana qarşı haqsız qərarlar verib. Bu gün onun həbsinə Azərbaycan xalqı çox sevinir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar