Bazar ertəsi, 28 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

UEFA yığmalarımızın iştirak edəcəyi turnirlərlə bağlı qərar verib

UEFA İcraiyyə Komitəsi 19 yaşadək gənclər arasında Avropa çempionatının pley-off oyunlarını 2021-ci ilə təxirə salıb.

"Report"un məlumatına görə, elit-raundun oyunları 2020-ci ilin oktyabrında, qrup mərhələsi isə 2020-ci ilin noyabrında Şimali İrlandiyada keçiriləcək.

Bunlardan əlavə, İcraiyyə Komitəsi 2020/2021 mövsümündə gənclərdən ibarət yığmalar arasında nəzərdə tutulan seçmə oyunları 2021-ci ilin yazına qədər ertələyib. Qurum bu cür matçların sayının azaldılması barədə qərar çıxarıb.

19 yaşadək futbolçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunları 2021-ci ilin martında baş tutacaq. Seçmə mərhələ 13 mini-turnirdən ibarət olacaq.

Elit-raund mərhələsi 14 yığmanın iştirakı ilə 2021-ci ilin mayında keçiriləcək pley-off oyunları ilə əvəzlənib. Final mərhələsi əvvəlcədən planlaşdırıldığı kimi 2021-ci ilin iyulunda Rumıniyada təşkil olunacaq.

UEFA, həmçinin 17 yaşadək futbolçular arasında AVRO-2021-in keçirilməsində də dəyişiklik edib. Turnirin seçmə mərhələsi 2021-ci il martın sonunadək oynanacaq. Bu da 13 mini-turnir formatında olacaq. Elit-raund mərhələsi ləğv olunub. 13 qrup qalibi və 2 seçilmiş komanda 2021-ci ilin mayında Kiprdə keçirilməsi nəzərdə tutulan final mərhələsinə vəsiqə əldə edəcək.

Qərarlar UEFA-nın quruma üzv olan 55 milli assosiasiya ilə məsləhətləşməsindən sonra qəbul olunub. Bu addım federasiyaların əlavə əməliyyat və maliyyə yükünün azaldılması ilə əlaqədar atılıb.

U-17 (qızlar)

- Təsnifat mərhələsi 2021-ci il fevralın sonunda keçiriləcək (12 mini-turnir)

- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir

- Play-off mərhələsi (14 komanda) 2021-ci il martın sonunda keçiriləcək

- Final turniri təqvimə uyğun olaraq (Farer adaları, may 2021-ci il)

U-19 (qızlar)

- Təsnifat mərhələsi 2021-ci il fevralında keçiriləcək (12 mini-turnir)

- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir

- Play-off mərhələsi (14 komanda) 2021-ci il aprelində keçiriləcək

  • Final turniri təqvimə uyğun olaraq (Belarus, iyul 2021-ci il)

pia.az 


Etiket: UEFA


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Razısınızmı Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət olsun?” - Paşinyan parlamentdən soruşdu  

Paşinyan xalqa müraciət etdi: “Azərbaycan Ordusu Qarabağda irəliləyir”

Paşinyan Qarbağdakı ermənilərə müraciət etdi

Füzuli istiqamətində döyüşlər davam edir- Foto

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - Rəsmi, Siyahı

Erməni tərəfi böyük ərazi itkilərini təsdiqlədi

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni məlumat yaydı

Ermənistandan Qarabağa gedən yollardan biri bağlanıb

Putin genişmiqyaslı hərbi toqquşmaların bərpasından ciddi narahatlığını ifadə edib

loading...

Ən çox oxunanalar