Bazar ertəsi, 21 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İlham Əliyev: "Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur"

"Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik".

Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

“Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”, - dövlət başçısı vurğulayıb.

pia.az 




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

PKK-nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır

Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

"Siyavuş Novruzov, artıq özü-özünü ifşa edib” - Maksim Musayev

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi

Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Ev almaq istəyənlər: Qiymətlər daha da düşəcək

loading...

Ən çox oxunanalar